Meqa Həyat Sığorta
Fərdi müştərilərlə iş bölməsinin mütəxəssisi
Son tarix 06 dek 2024 - [email protected]
Namizədlərə aid olan tələblər:
- Təhsil: Ali
- Şəxsi keyfiyyətlər: Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı.
- İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və ya korporativ satış sahəsində.
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dli (yaxşı).
Əsas vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək.
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş satış planlarını yerinə yetirmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- İş vaxtı: 09:00-dan 18:00-dək olmaqla 5 günlük iş həftəsi.
- Tibbi sığorta
Zəhmət olmasa, mövzu bölməsində “Fərdi müştərilərlə iş bölməsi” qeyd etməklə CV-nizi (foto şəkil ilə) email ünvanına göndərin. Müsahibəyə vakansiya tələblərinə cavab verən namizədlər dəvət alacaq.