Medsol
Mühasib
Son tarix 06 mar 2025 -
Əsas vəzifələri:
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)
- ƏDV depozit əməliyyatlarının aparılması
- Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Şöbə rəhbəri tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi;
Namizədə tələblər:
- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : Müvafiq sahədə minimum 2 (iki) il
- Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
İş yeri:
- İş yeri; Bakı şəh, Nəsimi rayonu
- Əmək haqqı: 700-800 azn
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerinə "Mühasib" yazmaqla e-mail ünvanına göndərə bilərlər.