MediClub
Anestezioloq-reanimatoloq
Son tarix 29 iyn 2025 - [email protected]
Əmək funksiyası:
- Həkim- anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
 - Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
 - Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir;
 - Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir və s.
 
Bilməlidir:
- Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını;
 - Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
 - Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını;
 - Öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
 - Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.
 
Vəzifəyə qoyulan tələblər:
- Ali təhsil;
 - Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
 - Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili;
 - İxtisas üzrə azı 3 il iş təcrübəsi.
 
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
 - Növbəli iş rejimi;
 - Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1500-3000 Azn arası təyin edilir.
 
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







