MediClub
Təcili yardım sahəsi üzrə həkim
Son tarix 19 mar 2026 [email protected]
MediClub klinikasına Təcili yardım sahəsində təcrübəsi olan həkimlər tələb olunur
Əmək funksiyası:
- Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardımın göstərilməsi;
- Xəstənin stabilizasiyası və tələb olunan hallarda xəstəxanaya tibbi evakuasiyanın təşkili;
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi və s.
Bilməlidir:
- Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını;
- Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
- Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.
Vəzifəyə qoyulan tələblər:
- Ali tibbi təhsil;
- Tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
- Səlis Azərbaycan dili biliyi. Rus və İngilis dili biliyi üstünlükdür.
- Təcili yardım sahəsində ən azı 3 il iş təcrübəsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Növbəli iş rejimi;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1250-1955 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.











