Mazarina Trade Company
Hüquq üzrə Baş Mütəxəssis (FMCG)
Son tarix 25 dek 2025 -[email protected]
İş şəraiti:
- Əmək haqqı: 2000-2500 azn
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü, 5/7 iş günü, 9:00-18:00
- Tabeçilik: İdari işlər və Biznesə dəstək departamenti
Vəzifə öhdəlikləri:
- Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi və hüquqi risklərin idarə olunması;
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
- Satış, təchizat, distribusiya və digər FMCG yönümlü müqavilələrin hüquqi baxışdan keçirilməsi;
- Dövlət qurumları ilə yazışmaların və hüquqi proseslərin aparılması;
- Şirkət rəhbərliyinə hüquqi məsləhətlərin verilməsi;
- Daxili qaydaların və prosedurların hüquqi tələblərə uyğunluğunun təmin edilməsi;
- Məhkəmə işlərinin təhlili və hüquqi rəy hazırlanması;
- Korporativ hüquqi sənədlərin hazırlanması və yenilənməsi.
Tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Minimum 3–5 il hüquq sahəsində iş təcrübəsi (FMCG və ya kommersiya sektoru üstünlükdür);
- Mülki, əmək, inzibati və vergi qanunvericiliyini yaxşı bilmək;
- Müqavilə hüququ üzrə praktiki təcrübə;
- Analitik düşünmə, operativ qərarvermə bacarığı;
- Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
- MS Office proqramları ilə sərbəst işləmək;
- Komanda ilə işləmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hüquq üzrə Baş Mütəxəssis (FMCG)” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail adresinə göndərə bilərlər.










