Materre
Satış meneceri
Son tarix 12 iyn 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müştərilərlə aktiv kommunikasiya və münasibətlərin idarə olunması
- Layihələrin gedişatının izlənilməsi və müştərilərə mütəmadi məlumat verilməsi
- Qiymət təklifləri üçün Excel cədvəllərinin hazırlanması
- Müştərilərlə qiymət və kommersiya şərtləri üzrə danışıqlara dəstək
- Görüşlərin təşkili və müştəri sorğularının operativ cavablandırılması
- Daxili komanda ilə koordinasiya və layihə prosesinin izlənilməsi
- Səlis danışıq qabiliyyəti, aktiv və xarizmatik ünsiyyət bacarığı tələb olunur
İş qrafiki və qeydlər:
- Mebel və ya dizayn sahəsi haqqında anlayışın olması üstünlükdür
- Həmin şəxsin sənədlərin göndərilməsi, bəzi faylların çap edilməsi, dizaynerlər, ustalar və bəzən müştərilər arasında qrafiklərin koordinasiya olunması kimi kiçik məsuliyyətləri də yerinə yetirməsi tələb olunur
- Daha çox inzibati və təşkilati işlər də bu vəzifənin bir hissəsi olacaq
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: 1500 AZN +satış bonusları
- İş yerinin ünvanı: Yasamal rayonu, Cəfər Cabbarlı 44, Caspian Plaza
Tələblər:
- Təhsil: ali təhsil
- İş stajı: Satış meneceri kimi azı 5 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili, Rus dili, Türkçə mütləqdir. İngiliscə bilmək üstünlükdür.
- Cinsi / Yaşı: Qadın və ya kişi, 25-45 yaş arası.
Şəxsi keyfiyyətlər:
- Güclü kommunikasiya və ünsiyyət bacarığı
- Məsuliyyətli və operativ yanaşma
- Aktiv, təşəbbüskar və xarizmatik şəxsiyyət
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Satış meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.















