Matanat A
Hüquqşünas
Son tarix 28 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Standart müqavilə formalarını hazırlamaq;
- Etibarnamələrin layihələrini hazırlamaq;
- Əcnəbi mütəxəssislərə iş icazələrinin alınması və ya ləğvi ilə bağlı sənədlərin hazırlanmasında dəstək göstərmək;
- Müvafiq struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmaların aparılmasında dəstək göstərmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
Tələblər:
- Təhsil: Ali hüquq təhsili
- Hüquq sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsinə malik olmalı (xüsusilə Məhkəmə və Hüquq Mühafizə orqanları ilə);
- Dil bilikləri: Azərbaycan dili - əla. Rus və İngilis dilləri - arzuolunandır;
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
İş şəraiti:
- 5 günlük iş şəraiti;
- İş yeri - Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin və ya bu vakansiya üzrə cavabdeh şəxslərə müraciət edin - https://www.linkedin.com/in/jamaladdin/
Korporativ Audit Şöbəsinin Aparıcı Auditoru
Son tarix 28 okt 2023 Müraciət et
İşin təsviri:
- Təsdiq olunmuş İllik Audit Planına və rəhbərin göstərişlərinə uyğun olaraq təyin edilmiş audit layihələrində, monitorinq və təqib auditlərdə və xüsusi auditlərdə iştirak etmək;
- Audit layihəsi çərçivəsində müəyyən edilmiş audit prosedurlarını həyata keçirmək (biznes proseslərinin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə edilmiş məlumatları təhlil etmək və s.) və aşkar edilmiş çatışmazlıqlar barədə layihə rəhbərinə məlumat vermək;
- Audit layihəsi çərçivəsində həyata keçirilən risklərin idarə edilməsi, monitorinq və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkət rəhbərliyi tərəfindən razılaşdırılmış audit tövsiyyələrin icrasına nəzarət edilməsi;
- Audit layihəsi üzrə iş proqramının hazırlanmasına rəhbərliyə köməklik göstərmək;
- Audit hesabatının hazırlanmasında rəhbərə dəstək olmaq;
- Auditin həcmi və vaxtı haqqında hesabatın hazırlanmasına köməklik göstərmək;
- Layihə rəhbəri və Daxili Audit Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali iqtisadi və ya hüquq təhsili (digər sahələr üzrə Ali təhsil olduqda müvafiq sahələrdə ən azı 6 il iş təcrübəsi);
- Müvafiq iş təcrübəsi: 6 ildən artıq ümumi iş təcrübəsi, bunun 3 ildən çoxu auditlə bağlı vəzifələrdə;
- İstehsal sektorununda iş təcrübəsi üstünlükdür;
- CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) üstünlükdür.
Tələb olunan bacarıqlar:
- İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
- Audit prosedurlarının yerinə yetirilməsi üçün müvafiq sektor və biznes prosesləri haqqında biliklər;
- Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
- Ünsiyyət bacarıqları;
- Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
- Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə biliklər;
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər üstünlükdür;
- MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
- İşgüzar Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- Ağlabatan müstəqil mühakimə.
Cavabdehlik:
- Effektiv risk və nəzarət qiymətləndirməsini həyata keçirmək;
- Auditləri vaxtında başa çatdırmaq və hesabatları birbaşa rəhbərinə təqdim etmək;
- Audit nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq;
- İşgüzar səfərlər həyata keçirtmək;
- Biznesin bütün müvafiq daxili tələblərə, sənaye qaydalarına və hökumət qanunvericiliyinə uyğun olmasını təmin etmək.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
- İş yeri - Falez Plaza
- Nahar şirkət tərəfindən verilir.
- Korporativ nömrə verilir.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin və ya bu vakansiya üzrə cavabdeh şəxslərə müraciət edin - https://www.linkedin.com/in/jamaladdin
Logistika üzrə mütəxəssis
Son tarix 28 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin xarici logistika əməliyyatlarının yerinə yetirilməsi;
- Daşınma şirkətlərin sorğuya dəvət olunması, təkliflərin təhlili və rəhbərliyə təqdim olunması;
- Daşınma zamanı yüklərin sığortalanmasının təşkili;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların emal olunması, sistemə işlənilməsi və ödənişlərin vaxtında icrasına nəzarət;
- Tədarükçülərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət;
Tələblər:
- Təhsil: Ali təhsili
- Daxili və xarici logistika üzrə 3 ildən artıq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla. Rus və İngilis dilləri - arzuolunandır;
- Kompüter biliyi: Word, Excel,1C 8.2 proqramında işləmək bacarığı olmal;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;
İş şəraiti:
- 5 günlük iş şəraiti;
- İş yeri - Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin və ya bu vakansiya üzrə cavabdeh şəxslərə müraciət edin - https://www.linkedin.com/in/jamaladdin/
Mühasib
Son tarix 28 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq əməliyyatlarının 1C proqramına daxil edilməsi;
- Bank və kassa əməliyyatlarının qeydiyyatının aparılması;
- Kreditor və debitor hesanlarının aparılması və onlara nəzarət edilməsi;
- Əsas vəsaitlərin və az qiymətli əşyaların uçotunun aparılması və amortizasiyanın hesablanması;
- Mal-material uçotu;
- İnventarizasiyaların işlənilməsi;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi;
Tələblər:
- Təhsil: Ali (İqtisadi)
- İş təcrübəsi: 2 ildən artıq mühasib vəzifəsində;
- Dil bilikləri: Azərbaycan dili - əla. Rus və İngilis dilləri - arzuolunandır;
- Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.
İş şəraiti:
- 5 günlük iş şəraiti;
- İş yeri - Mətanət A İstehsalat Müəssisəsi (Masazır)
- Nahar şirkət tərəfindən verilir;
- Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin və ya bu vakansiya üzrə cavabdeh şəxslərə müraciət edin - https://www.linkedin.com/in/jamaladdin/