Master Blend
Mühasib/ Accountant
Son tarix 17 apr 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Müəssisədə həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu standartlarına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq uçotunun aparılması;
- İlkin mühasibat sənədlərinin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktları və s.) qəbul edilməsi, yoxlanılması və sistemə daxil edilməsi;
- Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;
- Elektron qaimə-faktura, e-faktura və digər elektron vergi portalı əməliyyatlarının icrası;
- Debitor və kreditor borcların uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanması;
- Bank və kassa əməliyyatlarının həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması və gündəlik bank əməliyyatlarının uçotunun aparılması;
- Əsas vəsaitlərin uçotu (alınması, istismara verilməsi, amortizasiyanın hesablanması və balansdan silinməsi);
- Mal-material ehtiyatlarının uçotunun aparılması, anbar hərəkətlərinə və inventarizasiya prosesinə nəzarət;
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və son haqq-hesab ödənişlərinin hesablanması və uçotunun aparılması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı və Kapitalda dəyişikliklər hesabatı);
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, əmlak vergisi və s.), DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
- Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi və tətbiqi;
- Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
- Müəssisənin maliyyə göstəricilərinin izlənilməsi və rəhbərliyə operativ məlumatların təqdim edilməsi;
- Vergi risklərinin qiymətləndirilməsi və mühasibat proseslərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
Namizədə tələblər
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
- 1C və ya digər ERP mühasibat proqramlarında işləmək bacarığı;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- Elektron vergi sistemləri və dövlət portalları ilə işləmək bacarığı;
- PMS və ya digər müvafiq sertifikatların olması üstünlükdür;
- Analitik düşünmə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
- Komanda ilə işləmək bacarığı;
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30 – 17:30)
- Rəsmi əmək müqaviləsi
- Stabil və uzunmüddətli iş imkanı
- Əmək haqqı - 1800-2000 azn
- İş yeri: Hyatt Regency, Izmir kücəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.












