Mars Overseas Baku
İstehsalın planlanması üzrə mütəxəssis
Son tarix 03 avq 2023 [email protected]
Şirkət: Qəbələ Konserv Zavodu
İş yeri: Qəbələ
Əsas vəzifə öhdəlikləri:
- Satışa əsasən istehsalın planlaşdırılması;
- Mal-material tələblərinin və vaxt qrafiklərinin planlaşdırılması və onlara nəzarət edilməsi;
- Zavodun anbar materiallarına olan tələblərinin planlanması;
- İstehsal qrafikinin optimallaşdırılması.
Əsas tələblər:
- Ali təhsil (sənaye mühəndisliyi sahəsi üzrə);
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis dilini yüksək səviyyədə bilməlidir;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir.
Digər bacarıqlar:
- Analitiki düşüncə;
- Komandada işləmək və təşkilatçılıq bacarıqları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İstehsalın planlanması üzrə mütəxəssis – Qəbələ” qeyd etməklə göndərə bilərsiniz.
Biznes proseslərin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Son tarix 03 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Biznes proseslərin mövcud və arzu olunan vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədlərin hazırlanmasının təşkil edilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin - siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasının təşkil edilməsi;
- Biznes proseslərin monitorinqinin keçirilməsi və bu zaman qüsurların müəyyən edilərək aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq biznes proseslərin təhlil edilməsi;
- Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasının təmin edilməsi və müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparılması;
- Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət edilməsi.
Vəzifə üzrə ümumi tələblər:
- Ali təhsil (Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə);
- Azərbaycan dili əla, ingilis dilini yaxşı səviyyədə bilməli, rus dilini bilmək üstünlükdür;
- Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə 3 il iş təcrübəsi;
- MS Visio, MS Word və MS PowerPoint əla səviyyədə, MS Excel yaxşı səviyyədə bilməli;
- Maliyyə, İdarəetmə sahəsi üzrə sertifikatının olması arzuolunandır.
Vəzifə üzrə tələb olunan biliklər:
- Risklərin idarə edilməsi üzrə nəzəri biliklər;
- Biznes prosesləri üzrə nəzəri və praktiki biliklər;
- Daxili normativ sənədlərin tərtibi üzrə yüksək praktiki və nəzəri biliklər.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- Analitik düşüncə;
- Araşdırma;
- Yüksək kommunikasiya və təqdimat bacarığı.
Əlavə məlumatlar:
- İş saatı: 09:00 – 18:00;
- İş rejimi : Həftə içi 5 gün;
- Tibbi sığorta;
- Korporativ nömrə;
- Peşəkar təlimçilər tərəfindən təlimlər.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.
Təlim və inkişaf üzrə aparıcı mütəxəssis
Son tarix 03 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Yerləşdirmə (onboarding), işçilərin təlim və inkişafı proseslərinin inkişaf etdirilməsi;
- Fərdi və şirkət üzrə inkişaf ehtiyaclarının qiymətləndirmək (training needs assessment), ona uyğun öyrənmə strategiyalarını və proqramlarını yaratmaq və idarə etmək;
- İnkişaf planlarının uğurunu qiymətləndirilmək və işçilərə öyrənmə imkanlarından maksimum istifadə etmək;
- İşçilərin təlim və inkişafı prosesində: tələb olunan prezentasiyaları yaratmaq və təqdim etmək, təlimlə bağlı inzibati işlərə nəzarət etmək;
- Şirkətin təlim büdcəsinə nəzarət etmək;
- Əmək funksiyaları üzrə rəhbərliyin tapşırıqlarını və tələblərini vaxtında və müvafiq qaydada yerinə yetirmək;
- Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 3-4 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- MS Excel və MS Word yaxşı, MS PowerPoint əla səviyyədə bilməli;
- İnsan resurslarının idarə edilməsi və ya təlim və inkişaf sahəsi üzrə sertifikatlar arzuolunandır.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- İdarəetmə qabiliyyəti və qərar qəbuletmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq və təqdimat qabiliyyəti;
- Səmərəli ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti və kreativlik;
- Korporativ idarəetmə və daxili nəzarət haqqında ümumi biliklər;
Əlavə məlumatlar:
- İş saatı: 09:00 – 18:00;
- İş rejimi : Həftə içi 5 gün;
- Tibbi sığorta;
- Korporativ nömrə.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Təlim və inkişaf üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.