Maple Trading
Satınalmalar üzrə mütəxəssis
Son tarix 09 yan 2025 - [email protected]
İş barədə məlumat:
- Satınalma işlərinin təşkili;
- Satınalma fəaliyyətləri, performans göstəriciləri və yüksək rəhbərlik üçün xərclərə qənaət haqqında müntəzəm hesabatların hazırlanması;
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Satınalmalar üzrə sənədləşmə işlərini aparmaq, müxtəlif hesabatları hazırlamaq;
- Alınan malları tələb edilən vaxt və keyfiyyət çərçivəsində icra etmək;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
Tələblər:
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- Kreativlik, analitik bacarıq
- Aktiv və çalışqan
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Kollektivlə işləmə bacarığı
İş qrafiki:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək
- Ə/h – 500-600 AZN
- Ünvan: Ələsgər Qayıbov 12/22
CV-nizi e-mail adresinin mövzu hissəsində "Satınalmalar üzrə mütəxəssis" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
Satınalmalar üzrə aparıcı mütəxəssis
Son tarix 09 yan 2025 [email protected]
İş barədə məlumat:
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Bazarın təhlili, tələb olunan malların bazarda araşdırılması;
- Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
- Təchizatçılara sifarişlərin göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
- Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
- Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
- Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
- Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
- Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanılması;
- Hesabatların hazırlanması və təqdim edilməsi
İş şəraiti:
- Əmək haqqı: 1000-1200 AZN
- İş saatı: 5 günlük rejim (09:00-18:00)
- Ünvan: Ələsgər Qayıbov 12/22
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil
- İş təcrübəsi: Satınalma sahəsində ən azı 1-3 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübənin olması üstünlükdür)
- Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər
- Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlükdür;
- 1C, ERP sistemlərdə işləmək bacarığı üstünlükdür
CV-nizi e-mail adresinin mövzu hissəsində "Satınalmalar üzrə mütəxəssis" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245