SF Azərbaycan BOKT
Mühasib
Son tarix 02 may 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının aparılması.
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi.
- Bank əməliyyatlarının icrası və nəzarəti.
- Əmək haqqının hesablanması.
- Debitor və kreditor borclarının uçotu.
- Elektron qaimə-fakturaların hazırlanması və izlənməsi.
- Maliyyə sənədlərinin düzgün və vaxtında işlənməsi.
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə-mühasibatlıq sahəsində);
- Müvafiq vəzifədə ən azı 2-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili və Rus dili sərbəst bilmək;
- Vergi qanunvericiliyi üzrə biliklər;
- MS Excel və 1C proqramında işləmə təcrübəsi bacarığı;
- Analitik düşüncə və məsuliyyətlilik;
- Üstünlüklər: Peşəkar mühasib sertifikatı (arzuolunandır).
Təklif edirik:
- İş vaxtı: 5/2, 09:00-18:00;
- Əmək haqqı: 1500 - 1700 azn (net);
- Stabil iş mühiti;
- Könüllü tibbi sığorta;
- Karyera inkişaf imkanı.
- Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi, 11 mərtəbə.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














