Makro 2000
Təsərrüfatçı (Kəlbəcər)
Son tarix 06 may 2026 - [email protected]
İş yeri: Kəlbəcər rayonu
Vəzifə öhdəlikləri:
- Ofisdə çalışan 3–4 nəfər əməkdaş üçün gündəlik yeməklərin hazırlanması;
- Ofisdə yerləşən 3 otağın gündəlik təmizliyinin təmin edilməsi;
- Ofis sanitar qovşağının (tualetin) təmiz saxlanılması;
- Əməkdaşlar üçün çay və kofe hazırlanması və təqdim edilməsi;
- Şantiyə üzrə istifadə olunan ərzaq məhsullarının aşbazlara təhvil prosesinin təşkil edilməsi və nəzarətdə saxlanılması;
- Ərzaq ehtiyatlarının uçotunun aparılması və həftəlik sifarişlərin verilməsi;
- Ümumi mətbəxin təmizliyinə nəzarət edilməsi və gigiyenik vəziyyətin təmin olunması;
- İşçilər üçün hazırlanan yeməklərin müəyyən olunmuş menyuya uyğunluğuna nəzarət;
Tələblər:
- Yaş həddi: 30-45 yaş;
- Xanım namizədlər müraciət edə bilər;
- Ərzaq məhsullarının uçotunun aparılması üçün ilkin hesablama və sayım bacarıqlarına malik olmaq;
- İş təcrübəsi ən azı 1 il ofis təmizliyi və məişət işləri sahəsində;
- Səliqəli və məsuliyyətli olmaq;
- Mehriban və kollektivlə işləmə bacarığı;
- Gigiyena qaydalarına riayət etmək;
İş şərtləri və təminatlar:
- Əmək haqqı Net 900 AZN;
- İş yeri ünvanı Kəlbəcər rayonu;
- Qidalanma şirkət tərəfindən qarşılanır;
- Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Təsərrüfatçı” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.














