Luca Polare
Baş mühasib
Son tarix 16 dek 2024
Əsas öhdəliklər:
- Maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınması
- Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək;
- Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək;
- İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək;
- Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək;
- Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
- 1C proqram təminatına nəzarət etmək və mühasibat uçotu metodologiyasındakı hər hansı səhv və ya anomaliyalar barədə hesabat vermək;
- Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərin nəzərdən keçirib nəzarət etmək;
- Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını müəyyən etmək üçün araşdırmaları aparmaq;
- Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək;
- Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq;
- Ehtiyac olduqda büdcə və proqnozların hazırlanmasında iştirak etmək;
- Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;
Tələb olunan bilik və bacarıqlar:
- maliyyə sahəsində Ali təhsil
- AR Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli;
- Azərbaycan Respublikasının qanunvericilik aktları;
- PMS və ACCA sertifikatın olması
- müəssisənin maliyyə və təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericilik və tənzimləyici aktlar;
- müəssisədə maliyyə işinin təşkili prinsipləri;
- maliyyə planlarının tərtib edilməsi qaydası, fondların proqnoz qalıqları və büdcələri, məhsulların (malların, xidmətlərin, işlərin) satış planları, mənfəət planları;
- maliyyə axınlarının idarə olunmasını təmin edən maliyyə alətləri sistemi;
maliyyə aktivlərinin, gəlirliliyinin və riskinin qiymətləndirilməsi metodları; - bir müəssisəyə qısamüddətli və uzunmüddətli borc vermə, investisiya və borc vəsaitlərinin cəlb edilməsi qaydası;
- maliyyə mənbələrinin paylanması, maliyyə investisiyalarının effektivliyinin müəyyənləşdirilməsi qaydası;
- maliyyə nəzarəti prinsipləri maliyyə hesablaşmalarının qaydası və formaları;
- vergitutma prinsipləri və qaydası, Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
- maliyyə və mühasibat standartları və hesabat;
- MS Excel, MS Word, MS Outlook (əla);
- 1C proqramı yüksək səviyyədə bilmək;
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq;
- Ünsiyyətqurma;
- Stresin idarə olunması;
- Vaxtın idarəedilməsi;
Təcrübə:
- 5-8 il iş təcrübəsi
- İdarəçilik üzrə minimum 3 il təcrübə
Dil biliyi:
- Azərbaycan dili - Ana dili
- Rus dili-yaxşı
- İngilis dili - sərbəst
Əlaqə saxlamaq üçün CV formalarınızı +994 50 752 65 25 göndərməyiniz xahiş edilir.