Lankaran Springs & Wellness Resort
Baş aşpaz köməkçisi
Son tarix 29 sen 2025 - [email protected]
Şöbə: Mətbəx
Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi
Əsas vəzifələr:
- İaşə obyektinin fəaliyyəti, bazar və arzu edilən biznes hədəfləri üçün müvafiq olan menyuların işlənib hazırlanmasına kömək etmək.
- İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsinə kömək etmək.
- Mətbəxdə bütün müxtəlif vəzifələr üzrə biliklərə malik olmaq, zəruri olduqda xüsusi və baş aşpazı əvəzləmək.
- Baş aşpaz iş başında olmadıqda, hesabat görüşləri və iş növbəsindən əvvəl iclaslar keçirmək, onların effektiv olması və zəruri hallarda keçirilməsini təmin etmək.
- Baş aşpaz iş başında olmadıqda, plana uyğun olaraq, həftəlik Restoran xidməti və şöbə rəhbərlərinin iclaslarında iştirak etmək.
- İşçilər arasında ünsiyyəti müsbət qurmaq, eyni zamanda elan lövhələri, qeydiyyat jurnalları, təhvil-təslim hesabatları və s. aparılmasında və istifadə edilməsində kömək etmək.
- Təsdiqlənmiş menyuya əsasən yeməklərin hazırlanmasında köməklik etmək və nəzarət etmək
- Hazırlanmış yeməklərin keyfiyyətini təmin etmək
- Bazar siyahısının hazırlanması üçün cavabdeh olmaq
- Gündəlik dükan sifarişləri üzrə cavabdeh olmaq
- Qəlyanaltı və soyuduculara gündəlik nəzarət
- Mövcud olan avadanlıqları təmiz saxlamaq və onlara qulluq etmək
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək.
- İaşə obyektinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsindən istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək.
- İaşə obyektinin qida xərclərinin “brend vədini” çatdırmaqla yanaşı, gəlirlərin maksimuma qaldırılmasına müvafiq olaraq idarə edilməsini təmin etmək.
- Xərclərin effektiv şəkildə idarə edilməsinə kömək etmək.
- İnventarların idarə edilməsi, otelin əməliyyat avadanlıqları və digər aktivlərinə müntəzəm texniki xidmət göstərilməsi, o cümlədən nominal anbarların təşkili, tələb olunduqda, avadanlıqlara qulluq, onların qorunub saxlanılması və inventarlaşdırılması işlərində iştirak etmək.
- Mətbəx işçilərinin “Biz bir komandayıq!” şüarı altında digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərməsinə əmin olmaq.
- İkinci dərəcəli işçilər, xüsusən stajor və şagirdlər üçün cavabdeh olmaq
- İkinci dərəcəli işçilər, stajor və şagirdlər üçün təlim keçirmək
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
- Masaya verilən yemək və qida məhsullarının dadına baxmaq və nəzarət etmək, müvafiq hallarda rəy bildirmək və düzəlişlər etmək.
- İaşə şöbəsinin meneceri ilə sıx əməkdaşlıq edərək gigiyena standartlarının yerinə yetirilməsi, avadanlıqların istismar ömrünün yüksəldilməsi və sıradan çıxmasının qarşını almaq məqsədi ilə onlara lazımi xidmət göstərilməsini təmin etmək.
- Təlimlər üzrə Menecer və şöbədaxili təlimçilərlə birlikdə bütün əməkdaşlar üçün effektiv təlim proqramlarını planlaşdırılması və icra edilməsinə kömək etmək.
- Mətbəx əməkdaşları üçün həftəlik iş qrafiklərini tərtib edilməsi və dərc edilməsinə kömək etmək.
- Əməkdaşları innovativ, yaradıcı, tələbkar olmağa həvəsləndirmək və onların həyata keçirilən əməliyyatların uğuruna verdikləri töhfəni təsdiqləmək.
Tələblər:
- Mükəmməl ünsiyyət bacarıqları;
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
- Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə minimum 3-5 il iş təcrübəsi;
- Komandanın idarə edilməsi
- Planlaşdırma və təşkilatçılıq;
- Problemli sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;
Üstünlüklər:
- Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
- Otellərdə və digər müvafiq mülklərdə maksimum endirim imkanları;
- Tabia Group rəhbərliyi altında müxtəlif sənaye müəssisələrində karyera imkanları;
- Tibbi sığorta;
- Korporativ nömrə;
- Bakıdan Lənkərana transfer;
- Qalmaq yeri ilə təmin olunma ;
- Gün ərzində 3 dəfə qidalanma.
Maraqlanan namizədlərdən mövzu yerində Vakansiyanın adını qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.