KVAN GROUP MMC
Keyfiyyət Mühəndisi
Son tarix 09 okt 2025 - [email protected]
İş şəraiti
- İş yeri: Kvan Group
- Maaş: 2000-2500 AZN (Net)
- İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Tikinti proseslərində görülən işlərin və istifadə olunan materialların normativ sənədlərə, layihə tələblərinə və texniki şərtlərə uyğunluğunu yoxlamaq;
- Keyfiyyət standartlarının tətbiqinə və icrasına nəzarət etmək;
- Laborator analizlər və texniki sınaqların təşkilinə və nəticələrinin qiymətləndirilməsinə nəzarət;
- Keyfiyyətə dair gündəlik və aylıq hesabatların hazırlanması;
- Uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək;
- Layihə rəhbərliyi ilə koordinasiyada keyfiyyətin yaxşılaşdırılması istiqamətində işlər aparmaq;
- Tikinti proseslərində işçilərə texniki dəstək göstərmək və təlimatlandırmaq.
Namizəddən tələblər:
- Mühəndislik, tikinti və ya əlaqəli sahə üzrə ali təhsil;
- Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının tikinti norma və qaydaları barədə biliklər;
- Keyfiyyət idarəetmə standartları (ISO və s.) barədə məlumatlı olmaq;
- Sənədləşmə, hesabat hazırlama və analitik bacarıqlar;
- Məsuliyyətli, diqqətli və komandada işləmə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maliyyəçi
Son tarix 09 okt 2025 - [email protected]
İş şəraiti
- İş rejimi: Həftə içi 5 gün, saat 10:00–19:00
- Əmək haqqı: 2500–3000 AZN
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə uçotunun aparılması və hesabatların hazırlanması(P&L, Balance Sheet, Cash Flow və. s.);
- Büdcə planlaması və icrasına nəzarət;
- Gündəlik maliyyə əməliyyatlarının düzgün şəkildə sənədləşdirilməsi;
- Nağd vəsait, bank hesabları və ödənişlərin idarə olunması;
- Vergi, sosial və digər dövlət ödənişlərinin outsource qurum tərəfindən düzgün və vaxtında icrasına nəzarət;
- Maliyyə analizlərinin aparılması və rəhbərliyə təqdim edilməsi;
- Daxili maliyyə proseslərinin optimallaşdırılması.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyini bilmək;
- Maliyyə proqramları və MS Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşüncə və məsuliyyətlilik;
- Komandada işləmə və qərarvermə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Texniki Nəzarətçi
Son tarix 09 okt 2025 - [email protected]
Şirkət: Bahar Residence
Əmək haqqı: 6000 – 7000 AZN
Vəzifə öhdəlikləri:
- Tikinti proseslərinin layihə və texniki normalara uyğun icrasına nəzarət etmək
- İşlərin keyfiyyətinə və vaxtında yerinə yetirilməsinə nəzarət
- Təhlükəsizlik qaydalarının icrasını təmin etmək
- İstifadə olunan materialların və avadanlıqların standartlara uyğunluğunu yoxlamaq
- İşin gedişatı ilə bağlı gündəlik və aylıq hesabatların hazırlanması
- Podratçılar və sifarişçi ilə koordinasiyanın aparılması
Tələblər:
- Ali texniki təhsil (müvafiq sahə üzrə)
- Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi
- Texniki normativ sənədlər, SNİP, GOST və ISO standartları haqqında biliklər
- Tikinti layihələrinin oxunması və analiz edilməsi bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və yüksək peşəkarlıq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.