Kvan Group MMC
Sahə mühəndisi
Son tarix 13 yan 2026 [email protected]
Layihə: Bahar Residence
İş şəraiti
- Əmək haqqı: 3000–4000 AZN (təcrübədən asılı olaraq)
- İş qrafiki: Həftədə 6 gün
Tələblər:
- İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
- Sahə mühəndisi vəzifəsində minimum 10 il iş təcrübəsi
- Tikinti norma və qaydalarını (SNİP, AZS və s.) bilmək
- Çertyoj və layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı
- Ölçü işləri və texniki hesabatların aparılması üzrə təcrübə
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı
Vəzifə və öhdəliklər:
- Tikinti sahəsində işlərin layihə və qrafikə uyğun icrasına nəzarət
- Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğunun təmin edilməsi
- Sahədə aparılan işlərin gündəlik uçotunun aparılması
- Podratçı və subpodratçıların işinə nəzarət və koordinasiya
- Materialların düzgün və səmərəli istifadəsinə nəzarət
- Layihə dəyişikliklərinin sahədə düzgün tətbiq olunmasının təmin edilməsi
- Texniki problemlərin operativ şəkildə aşkarlanması və həlli
- Yerinə yetirilmiş iş həcmlərinin ölçülməsi və təsdiqi
- Texniki aktların, icra sənədlərinin və hesabatların hazırlanması
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Bilməli olduğu proqramlar:
- AutoCAD – layihə çertyojlarının oxunması, ölçülərin yoxlanılması və sahədə tətbiqi üçün
- MS Excel – iş həcmlərinin hesablanması, material cədvəlləri, günlük/aylıq hesabatların hazırlanması
- MS Word – texniki aktların, izahatların və rəsmi yazışmaların hazırlanması
- MS Project (üstünlükdür) – iş qrafiklərinin hazırlanması və icrasına nəzarət
- Primavera P6 (üstünlükdür) – böyük tikinti layihələrində planlama və vaxt idarəetməsi üçün
- Revit (üstünlükdür) – layihə koordinasiyası və BIM əsaslı işlər üçün
- PDF proqramları (Adobe Acrobat və s.) – layihə sənədlərinin yoxlanılması və qeyd aparılması üçün
Üstünlük hesab olunan əlavə biliklər:
- PlanSwift, CostX və ya oxşar ölçü proqramları – iş həcmlərinin çıxarılması üçün
- Google Sheets / Google Drive – sənədlərin paylaşımı və komanda işi üçün
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











