Kristal
Əmək haqqı mühasibi
Son tarix 18 apr 2026 - [email protected]
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C;
- Komandada işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
- MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Əməkdaşların davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının cəmlənmiş uçotu cədvəllərini tərtib etmək;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək;
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
- Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarını tərtib etmək;
- İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək, müvafiq struktur bölmələr arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.).
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Ünvan - Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əmək haqqı mühasibi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.












