Kristal Abşeron
Satınalma üzrə mütəxəssis
Son tarix 27 may 2023 [email protected]
Tələblər:
- Ali təhsil,
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək),
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Yaradılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Anbardar (Xırdalan)
Son tarix 14 may 2023 [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək),
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
- Anbarda mövcud bütün mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
- Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Xırdalan şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Kopirayter
Son tarix 11 may 2023 [email protected]
Tələblər:
- Reklam agentliyində kopirayter kimi ən azı 1 illik təcrübə;
- Azərbaycan və Rus dilində səlis danışma və yazma qabiliyyəti;
- Yaradıcı düşüncə;
- Komanda ilə işləmə bacarığı;
- Yeni trendləri və rəqiblərin fəaliyyətini izləmək bacarığı;
- Yüksək dərəcə icraçıcılıq bacarığı, məsuliyyət, düzgünlük, operativlik, punktuallıq, dəqiqlik kimi şəxsi keyfiyyətlər;
- Deadline ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
- Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;
- Sosial Media üçün strategiyaların hazırlanması, kontent yaradılması (konsepsiya, mətn, brief) və idarə edilməsi;
- Azərbaycan və rus dillərində müxtəlif məzmunlu, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq və redaktə etmək;
- Kompaniyalar üçün sloqanlar və adlandırmalar düşünmək;
- Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
- Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
- Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları mövzu hissəsində "Kopirayter" qeyd etməklə mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Kristal Abşeron
Mühasib (Şuşa)
Son tarix 11 may 2023 [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya audit);
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (Tikinti sahəsi üzrə təcrübə arzuolunandır);
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi üzrə biliklərə sahib olmaq;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Komandada işləmək bacarığı;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Vəzifə öhdəlikləri:
- İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uyğun uçotunu təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
- Maliyyə hesabatlarının hazırlanması.(Balans, Mənfəət və Zərər, Pul) vəsaitlərinin hərəkəti haqqında hesabat və s;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Şuşa
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib (Şuşa)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Logistika üzrə kiçik mütəxəssis
Son tarix 11 may 2023 [email protected]
Tələblər:
- Ali təhsil (vəzifəyə uyğun sahədə olması arzuolunandır);
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Logistika işləri üzrə sənəd dövriyyəsini bilməli;
- Yaxşı səviyyədə kompüter bacarıqları (Microsoft Office proqramları);
- Azərbaycan və Rus dilini bilməli, İngilis dili arzuolunandır;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək.
- Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək.
- Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim edilməsi.
- Gömrük və beynəlxalq daşıma ödənişlərinin təşkili, daxili sistemdə qeydiyyatının aparılması.
- Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılma prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi.
- Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə kiçik mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.