Kontakt Home
Video layihələr üzrə kontent menecer
Son tarix 19 sen 2025 - Müraciət et
Öhdəliklər:
- Videoçəkiliş layihələrinin kuratorluğu: çəkiliş prosesinə nəzarət, çəkiliş komandasının videoları vaxtında təhvil edilməsinə nəzarət, çəkiliş planının tərtib edilməsi, aktuallıq, yenilik və tələbat əsasında çəkilişlər üçün məhsulların seçilməsi;
- Onlayn-mağaza kontentinin idarə edilməsi: məhsulların əlavə olunması, redaktəsi və silinməsi;
- Məhsul kartlarının yaradılması və optimallaşdırılması: unikal təsvirlər, başlıqlar, xüsusiyyətlərin əlavə edilməsi;
- Media kontenti ilə işləmə: şəkillərin, videoların və infoqrafikaların yüklənməsi;
- SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmə.
Tələblər:
- Ali təhsil (üstünlük marketinq, jurnalistika, PR və ya media kommunikasiyaları sahəsində);
- Kontent-menecer və ya video layihələr üzrə koordinator kimi iş təcrübəsi arzuolunandır;
- Çəkiliş prosesinin təşkili və komanda idarəetmə bacarıqları;
- Video istehsalı üzrə baza bilikləri (çəkiliş mərhələləri, montaj, post-prodakşn);
- Məhsullara dair icmal mətnlərinin hazırlanması üçün mükəmməl yazı bacarığı;
- Analitika ilə işləmək və məlumatlar əsasında kontent planı formalaşdırmaq bacarığı (aktuallıq, yenilik, məhsulların tələbat səviyyəsi);
- Rus və Azərbaycan dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Yaxşı kommunikasiya bacarıqları, qısa müddətdə işləmək və eyni anda bir neçə layihəni idarə etmək qabiliyyəti;
- Məsuliyyətlilik, detallara diqqət və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Kompüterdə irəli səviyyədə istifadə bacarığı (MS Office, Google Docs); kontentin dərc olunması üçün CMS bilikləri (üstünlükdür);
- Özünüidarə,çoxşahəli işlərdə işləmə və son tarixlərə riayət etmə bacarığı;
- Diqqətlilik və məsuliyyət;
- Komanda ilə işləmə bacarığı və ünsiyyətcillik;
- Yeni alət və texnologiyaları öyrənməyə hazır olmaq.
Qeyd: vakansiya əvəzləmə xarakterlidir (təxmini 5-6 ay).
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Sosial media üzrə inzibatçı
Son tarix 19 sen 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətlərin (şərh və mesajlar) cavablandırılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Satış yönümlü yazışmaların aparılması;
- Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Sosial mediada şirkət haqda rəylərin monitorinq edilməsi.
Tələblər:
- Ali təhsil;
- SMM üzrə iş təcrübəsi arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi (şifahi və yazılı);
- Punktuallıq və pozitivlik;
- Stresə dözümlülük.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00 / 13:00-22:00 (növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Power BI developer
Son tarix 19 sen 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiq olunması;.
- Məlumat bazalarından əldə edilən datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiyası;
- Rutin hesabatların və yeni hesabatların avtomatlaşdırılması və PowerBI aləti ilə vizuallaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
- Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması.
Tələblər:
- Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot işləmə bacarığı;
- Azərbaycan dili biliyi səlis, ingilis dili biliyi minimum texniki səviyyədə;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- SQL (MSSQL, T-SQL) dilini bilmək (analitik funksiyalarla işləmə bacarığı) arzuolunandır;
- Əlaqəli Databaza İdarəetmə Sistemlərində datanın manipulyasiyası bacarığı (SQL) arzuolunandır;
- Power platforma ilə işləmə bacarığı (Power Apps, Power Automate və.s) arzuolunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.