Kontakt Home
Şəbəkə üzrə mühəndis
Son tarix 18 iyl 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələlərin koordinasiya edilməsi;
- Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi;
- Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi;
- Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi;
- Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi;
- Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi;
- Sistemlərdə baş verəbiləcək problem və dayanmaların prosedurlara əsasən araşdırılması və həll edilməsi;
- Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işlərin icra edilməsi;
- Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparılması;
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak edilməsi.
Tələblər:
- Ali təhsil (Texniki təhsil arzu olunandır);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər;
- Sistemlər və şəbəkə proqramları, hardware və şəbəkə protokolları haqqında biliklər;
- Təşkilatçılıq, liderlik və idarəetmə bacarıqları;
- Müstəqil işləyərkən tez qərar qəbul etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: I-V günləri.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Məhsul üzrə menecer
Son tarix 18 iyl 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
- Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
- Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
- Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
- Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
- Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
- Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
- Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3 ildən çox;
- Səlis Azərbaycan, Rus və ya İngilis dilləri biliyi;
- Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
- Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- CİPS sertifikatları arzuolunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Marketinq üzrə menecer
Son tarix 18 iyl 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Brend təqdimatlarından, yeniliklərdən və məhsul funksionalından xəbərdar olması;
- Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
- Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
- Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
- Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
- Seqment üzrə analizlərin aparılması;
- Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili.
Tələblər:
- Ali təhsil;
- Elektronika sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
- Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.