SEO mütəxəssisi
Son tarix 21 may 2025 Müraciət et
Təsvir
- SEO optimallaşdırılmış məzmunun yaradılması (məhsul təsvirləri, kateqoriyalar, blog yazıları, meta-təsvirlər);
- Açar sözlərlə işləmək (semantikanın təhlili, mətnlərə təbii şəkildə daxil edilməsi);
- Unikal və strukturlaşdırılmış mətnlərin yazılması, axtarış alqoritmləri (Google, Yandex) nəzərə alınmaqla;
- Məzmunun redaktəsi və korrektəsi, yüksək yazı keyfiyyəti və oxunaqlılığının təmin edilməsi;
- Məzmunun iki dilə (rus və azərbaycan) uyğunlaşdırılması;
- Məzmunun effektivliyinin monitorinqi (CTR, davranış faktorları, axtarışdakı mövqelər).
Tələblər
- Rus və azərbaycan dillərini mükəmməl bilmək (qrammatika, üslub, orfoqrafiya yüksək səviyyədə);
- İxtisas üzrə təhsil arzuolunandır (jurnalistika, filologiya, dilçilik, PR);
- SEO-kopirayter kimi iş təcrübəsi üstünlük təşkil edir;
- SEO əsasları haqqında biliklər (açar sözlər, sıxlıq, LSI, uyğunluq);
- SEO alətləri ilə iş təcrübəsi (Yandex.Wordstat, Google Keyword Planner, Serpstat);
- Satış mətnlərinin yazılması bacarığı (e-commerce, blog, landinq səhifələri);
- Diqqətcil olmaq və vaxtında işləmək bacarığı;
- UX-kopiraytinq prinsiplərini bilmək üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Frontent developer (web)
Son tarix 21 may 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Magento 2 platformasında çalışan onlayn mağazaların inkişaf etdirilməsi və təkmilləşdirilməsi;
- ERP, bank, ödəniş və digər xarici sistemlərlə inteqrasiya proseslərinin qurulması və idarə olunması;
- Hazırlanmış modul və həllərin test edilməsi, yaranmış texniki xətaların operativ şəkildə aradan qaldırılması;
- Kodlaşdırma zamanı qəbul olunmuş proqramlaşdırma prinsipləri və "Best Practices" standartlarının tətbiqi;
- Texniki sənədləşmənin aparılması və mövcud sənədlərin təkmilləşdirilməsi.
Tələblər:
- İnformasiya texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il peşəkar iş təcrübəsi;
- Magento 2 ilə iş təcrübəsi (arxitektura, daxili element routinqi və blok əsaslı interfeys quruluşu haqqında anlayış) arzuolunandır;
- JavaScript, Knockout.js, HTML, PHTML, CSS/LESS üzrə dərin biliklər;
- PHP framework (Symfony, Zend Framework) və Composer kimi management tools üzrə əsas biliklər;
- ElasticSearch, Redis və Varnish texnologiyaları barədə ümumi anlayış;
- XML şablonları əsasında interfeys qurmaq bacarığı;
- PHP və MySQL üzrə praktik biliklər;
- Bitbucket/Git, Jira və Confluence kimi komanda əməkdaşlığı alətləri ilə işləmə bacarığı;
- Rus və ingilis dili biliyi üstünlükdür.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kontent yaradıcısı
Son tarix 21 may 2025 Müraciət e
Təsvir:
- Hədəf auditoriyasına uyğun məzmunların hazırlanması;
- İcmal videoları, sosial media yazıları kimi müxtəlif formatlarda cəlbedici məzmunun yaradılması;
- Məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının yoxlanılması;
- Məzmunun cəlbedicilik səviyyələrini müəyyən etmək üçün analiz qabiliyyəti.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər:
- Məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə iş təcrübəsi;
- Portfolio (Video kontent üzrə arzuolunandır);
- Yüksək səviyyədə azərbaycan dili biliyi;
- Yaradıcı mətnlər və məzmun nümunələri yaratmaq bacarığı;
- Kontent çəkilişlərində (reel, tiktok və s.) iştirak.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.
Təlim üzrə menecer
Son tarix 21 may 2025 Müraciət e
Vəzifə öhdəlikləri:
- Müştərilərlə zəng və çat vasitəsi ilə effektiv və sağlam ünsiyyət üsullarının həyata keçirilməsinə dair əməkdaşlar üçün təlim proqramlarının hazırlanması;
- Müştəriyə yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə məsafədən satış və xidmət göstərən heyətin təlimləndirilməsi;
- Ehtiyaclara əsasən fərdi inkişaf planlarının formalaşdırılması və ilboyu planların icrasının təmin edilməsi;
- Məsafədən xidmət xüsusiyyətləri, müştəri ilə ünsiyyət strategiyaları və etirazların idarə edilməsi haqqında təlimlərin keçirilməsi;
- Aktiv dinləmə bacarıqlarının öyrədilməsi və fərdi şəkildə əməkdaşlara mentorluq edilməsi;
- İntensiv təlim sessiyaları və parktiki simulyasiya vasitəsi ilə əməkdaşların bacarıqlarının artırılması;
- Təlim üçün tədris materiallarının və təqdimatların hazırlanması;
- Beynalxalq təlim materiallarının araşdırılması və tətbiq edilməsi;
- Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi;
- Təlim nəticələri, müəyyən edilmiş problemlər və tövsiyələr haqqında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;
- ERP, 1C və 3CX proqramları ilə işləmə bacarığı arzuolunandır;
- Müştəri məmnuniyyəti sahəsində sertifikatların olması üstünlükdür;
- Sərbəst ünsiyyət, aydın nitq və yüksək səviyyədə təlim vermə bacarığı;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı;
- Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər.
- İş saatı: 09:00-18:00.
- Rəqabət qabiliyyətli əmək haqqı
Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.