Kontakt Home
Müştəri iradlarının həlli bölməsinin rəhbəri
Son tarix 13 iyn 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciət və iradların araşdırılmasına nəzarət edilməsi və həlll olunmasına nəzarət edilməsi;
- Müştəri loyallığı və qiymətləndirilməsi üzrə çalışan əməkdaşların arasında iş bölgüsünün aparılması və düzgün icrasına nəzarət edilməsi;
- Əməkdaşların iş cədvəlinin tərtib edilməsi;
- Ölkə və Xarici bazarda müştəriyə yönəlmiş xidmətlərin monitorinqi, müqayisə edilməsi və təkliflər portfoliosunun hazırlanması;
- Bölmədə yaranan problemlərin araşdırılması və müvafiq intizam tədbirləri ilə bağlı rəhbərliyə təkliflərin olunması;
- Birbaşa rəhbərlik tərəfindən verilən şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi və hesabatın təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Excell yaxşı səviyyədə);
- Müştəri xidmətləri sahəsində iş təcrübəsi - 1 il;
- Problem həll etmə bacarığı;
- Komanda ilə işləmək və idarə etmək bacarığı;
- Müştəri yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşə qəbul və talantların idarə olunması üzrə mütəxəssis
Son tarix 13 iyn 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin brendinin tanıdılması və İR tədbirlərində şirkətin təmsil edilməsi. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkətin təmsil edilməsi;
- Mövcud vakansiyaların təhlil edilməsi, vakant vəzifələrə elan materialının hazırlanması, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;
- Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlərin siyahıya alınması;
- İşçinin qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
- İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması;
- İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
- İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərinin məlumatlandırılması;
- Şirkətin namizəd bazasının yenilənməsi və genişləndirilməsi.
Tələblər:
- Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
- İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- MS Ofis programlarında yüksək səviyyədə işləmə bacarığı (Excel, Word, Outlook);
- Güclü ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.