Kontakt Home
CRM Menecer
Son tarix 13 mar 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- SMS, Email və Push göndəriş servisləri vasitəsilə bildirişlərinin göndərilməsinin həyata keçirilməsi;
- Davranışa uyğun olaraq istifadəçilərin seqmentasiyası;
- Statistik məlumat bazası, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
- Nəzəriyyələrin düşünülməsi və yoxlanılması, A/B testlərinin aparılması və onların əsasında qərarların qəbul edilməsi;
- Müştərilərin davranış yollarının mükəmməlləşdirilməsi (customer journey map);
- Natamam sifarişlərin konversiya faizinin artırılması;
- Hesabatların hazırlanması, planlama və proseslərin təhlili;
- Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
- Təkrar və yeni sifarişlərin artırılması istiqamətində iş aparılması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Uyğun vəzifə üzrə iş təcrübəsi – 3 ildən az olmayaraq;
- Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
- Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli;
- Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
- Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
- Digital yönümlü olmalı;
- Güclü kommunikasiya və idarəetmə bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Art direktor
Son tarix 13 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətdaxili dizayn komandasının idarə edilməsi, onların düzgün istiqamətdə yönləndirilməsi;
- Departament və şöbələr tərəfindən verilən tapşırıqların düzgün təhlil edilməsi və icra edilməsi;
- Şirkət tərəfindən aparılan marketinq kampaniyalarına həm yaradıcı, həm də görüntü tərəfindən tam dəstəyin verilməsi;
- Şirkətin irəli sürdüyü dəyərlərin və strategiyanın düzgün və yaradıcı yollarla geniş kütləyə çatdırılması;
- Şirkətin yaradıcı və dizayn istiqamətində çalışdığı üçüncü şirkətlərlə görüşlərin təşkili, onların təqdim etdikləri bütün növ materiallara nəzarətin aparılması;
- Reklam çəkilişlərində iştirak və çəkilişin görüntü tərəfinin birbaşa nəzarətdə saxlanılması;
- Mağazalarda olan marketing və brendinq yönümlü kommunikasiyalara nəzarət edilməsi və daimi olaraq bu istiqamətdə yaradıcı həllərin verilməsi.
Tələblər:
- Ali təhsil;
- Art direktor və ya Dizayn rəhbəri vəzifəsində minimum 5 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili bilikləri üstünlükdür;
- Proqram bilikləri: Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe XD (və ya Figma), Microsoft Power Point, Microsoft Word;
- Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;
- Çap və Rəqəmsal məhsul bilikləri;
- Proyekt menecmenti;
- İdarəçilik, qərarvermə və strateji düşünmə qabiliyyəti;
- Dəqiqlik, məsuliyyət və dürüstlük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kontent yaradıcısı
Son tarix 13 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;
- Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;
- Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;
- Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;
- Məzmunun cəlbedicilik səviyyələrini müəyyən etmək üçün analiz qabiliyyəti.
Tələblər:
- Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə iş təcrübəsi;
- Portfolio (Video kontent üzrə arzuolunandır);
- Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi;
- Təqdimat etmə bacarığı;
- Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;
- Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kopirayter
Son tarix 13 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Kampaniya mətnlərinin yazılması;
- Ssenarilərin yazılması;
- Sosial media üçün kontentlərin yazılması;
- Kreativ strategiyanın hazırlanması;
- Yeni kampaniya ideyalarının verilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dillərində səlis danışma və yazma qabiliyyəti, Rus dili biliyi arzu olunandır;
- Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq;
- Araşdırma bacarığı;
- Qeyd: Portfolio göndərməyiniz mütləqdir.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.