Kontakt Home
İşə qəbul və talantların idarə olunması üzrə mütəxəssis
Son tarix 05 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin brendinin tanıdılması və İR tədbirlərində şirkətin təmsil edilməsi. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkətin təmsil edilməsi;
- Mövcud vakansiyaların təhlil edilməsi, vakant vəzifələrə elan materialının hazırlanması, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;
- Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlərin siyahıya alınması;
- İşçinin qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
- İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması;
- İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
- İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərinin məlumatlandırılması;
- Şirkətin namizəd bazasının yenilənməsi və genişləndirilməsi.
Tələblər:
- Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
- İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- MS Ofis programlarında yüksək səviyyədə işləmə bacarığı (Excel, Word, Outlook);
- Güclü ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Sosial media üzrə inzibatçı
Son tarix 05 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətlərin (şərh və mesajlar) cavablandırılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Satış yönümlü yazışmaların aparılması;
- Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Sosial mediada şirkət haqda rəylərin monitorinq edilməsi.
Tələblər:
- Ali təhsil;
- SMM üzrə iş təcrübəsi arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi (şifahi və yazılı);
- Punktuallıq və pozitivlik;
- Stresə dözümlülük.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00 / 13:00-22:00 (növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Proqram təminatı üzrə mühəndis (Backend Developer)
Son tarix 05 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Yeni proqram təminatı və modulların yazılması;
- Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alınması;
- Proses zamanı qarşıya çıxan problemlərin analizi və aradan qaldırılması;
- Yazılmış hər bir modul və ya həllin müvafiq testlərlə dəstəklənməsi;
- Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
- Proqram təminatının daha sonrakı mərhələlərdə dəstəklənməsi.
Tələblər:
- OOP və Design Pattern-lərlə nəzəri və praktiki biliklər;
- ASP.NET CORE(.NET 5+), RESTful API’s, ORM’s(EF Core, Dapper);
- SQL və SQL SERVER RDBMS-lə praktiki təcrübə;
- Git SCM -lə işləmə bacarığı;
- Unit və inteqrasiya testləri yazmaq bacarığı;
- Minimum texniki səviyyədə ingilis dili biliyi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təftiş üzrə kiçik mütəxəssis
Son tarix 05 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Qarşıya qoyulmuş tapşırıqların tələb olunan müddət və keyfiyyətdə həyata keçirilməsi;
- Planlaşdırılmış və qəfləti mal qalığının inventarizasiyasının aparılması;
- Kassa qalıqlarının yoxlanılması;
- Müvafiq hesabatların hazırlanması;
- Rəhbərliyin göstərişi ilə digər tapşırıqların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə çalışma bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Güclü analitik bacarıqları;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı ezamiyyə etmək imkanı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 10:00-19:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.