Kontakt Home
İnsan Resurslarının inkişafı üzrə Aparıcı Mütəxəssis
Son tarix 22 dek 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Təşkilati strukturların dəyişiklik tələblərini struktur rəhbərləri ilə müzakirə edilməsi;
- Şirkətin təşkilati strukturunun təhlili, onun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması;
- Təşkilati dəyişikliklər üzrə layihələrinin hazırlanması;
- Əmək haqqının və bonusların planlanması proseslərini inkişaf sxemlərinin tərtib edilməsi;
- Bütün işçilərin təzminat və müavinət sxeminin düzgün tətbiq olunmasını təmin edilməsi;
- Qiymətləndirmə sisteminə görə vəzifələrin dəyərləndirilməsi və vəzifə dərəcəsinin müəyyən edilməsi;
- İllik büdcə planlaması üzrə simulyasiya və modellərin hazırlanması;
- Aylıq və Rüblük həvəsləndirici bonuslara nəzarət və təmin edilməsi;
- Performans və vəzifə dəyişiklikləri əsasında əmək haqqı təkliflərin hazırlanması;
- İR hesabatların hazırlanması (aylıq, rüblük, illik).
Tələblər:
- Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
- İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dili biliyi, rus və ingilis dili biliyi arzuolunandır;
- MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word, Visio);
- Çoxsaylı HR funksiyaları haqqında iş bilikləri;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək kommunikasiya bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Çağrı mərkəzi operatoru
Son tarix 22 dek 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: hər 3 gündən bir istirahət günü;
- İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.