Kontakt Home
Çatdırılmalar üzrə operator
Son tarix 26 apr 2026 - Müraciət et
Təsvir
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
- Çatdırılmalar haqqında müştərilərin məlumatlandırılması
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi
İş şəraiti:
- İş günləri: həftədə 6 iş günü, 1 gün istirahət;
- İş saatı: 09:00-18:00.
- İş yeri: Binəqədi şossesi 53
Tələblər
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
Vakansiya növü - Tam ştat
Əmək haqqı - 650 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Anbar əməliyyatları üzrə operator
Son tarix 26 apr 2026 Müraciət et
Vəzifə öhdəlikləri:
- Məhsulların qəbulu və yoxlanılmasına nəzarətin edilməsi;
- Məhsulların növlərinə görə səliqə ilə anbarda yığılmasının təmin edilməsi;
- Qüsurlu məhsulların aktlaşdırılması və struktur rəhbərinə məlumatın verilməsi;
- Müvafiq proqram vasitəsi ilə məhsulların uçotunun aparılması;
- Mağaza anbarından çıxan məhsulların təhvil-təslim qaydalarına uyğun olaraq aparılması;
- Mağaza anbarında itən və ya yararsız hala düşən məhsullar barəsində struktur rəhbərinin məlumatlandırılması;
- Həftəlik və aylıq olaraq anbar sayımının aparılması və uyğunsuzluq aşkar etdikdə struktur rəhbərinə məlumatın verilməsi.
İş şəraiti:
- İş günləri: I-VI günlər (09:00-18:00);
- Binəqədi Mərkəzi Anbarı (Binəqəsi şossesi 53)
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi;
- Etibarlılıq və dürüstlük;
- Detallara diqqət;
- 1C, Micro Fly və MS Excel proqramıları ilə işləmə bacarığının olması;
- Azərbaycan dili (səlis), Rus dili (arzuolunan);
- Dəqiq və məsuliyyətlilik.
Vakansiya növü - Tam ştat
Əmək haqqı - 800 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












