Kontakt Home
Mağaza rəhbərinin müavini (İmişli)
Son tarix 15 fev 2026 - Müraciət et
Təsvir
- Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağaza işçilərinin vəzifə təlimatına əsasən iş icrasına, daxili intizam qaydalarına və iş keyfiyyətinə nəzarət edilməsi;
- Mütamadi olaraq mağaza üzrə məhsul qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Struktur bölmələrdən gələn müraciətlərin araşdırılması və cavablandırılması;
- İstifadəyə yararsız, itmiş, xarab olmuş məhsulların aktlaşdırılması və müvafiq struktur bölmələrə bildirilməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağazanın təmizliyinin, səliqəsinin və təhlükəsizlik tədbirlərinin gözlənilməsinin təmin edilməsinə nəzarət edilməsi;
- Məhsul stendlərinin məhsullar ilə təmin edilməsinə nəzarət edilməsi.
Tələblər
- Ali təhsil;
- Rəhbər vəzifəsində ən az 1 il iş təcrübəsi (Mütləqdir);
- Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- 1C proqramında işləmə bacarığı arzu olunandır;
- Liderlik xüsusiyyətləri;
- Yaranmış problemləri həll etmə bacarığı;
- Nəticə yönümlülük;
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş günləri: 6 günlük;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Kopirayter
Son tarix 15 fev 2026 Müraciət et
Təsvir
- Kampaniya mətnlərinin yazılması;
- Ssenarilərin yazılması;
- Sosial media üçün kontentlərin yazılması;
- Kreativ strategiyanın hazırlanması;
- Yeni kampaniya ideyalarının verilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dillərində səlis danışma və yazma qabiliyyəti, Rus dili biliyi arzu olunandır;
- Kopirayter vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Araşdırma bacarığı.
Qeyd: Portfolio göndərməyiniz mütləqdir.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Kreativ və yazılı kommunikasiyalar şöbəsinin rəhbəri
Son tarix 15 fev 2026 Müraciət et
Təsvir
- Şirkətin əsas brendi, sab-brendləri və məhsul xətləri üzrə yaradıcı viziona sahib olmaq: hər birinin necə göründüyünü, necə danışdığını və auditoriyada hansı emosiyanı yaratdığını müəyyən etmək. Bütün kreativ çıxışların – ideya, vizual, mətn və video kontentin – vahid strateji çərçivə daxilində, lakin brendlərin fərdi kimliyini qoruyaraq formalaşdırılmasını təmin etmək və bu xəttin qoruyucusu olmaq. Bu rol şirkət brendlərinin necə danışdığına, necə göründüyünə və necə yadda qaldığına cavabdehdir.
Kreativ vizion və liderlik:
- Brendin ümumi kreativ istiqamətinin və estetik xəttinin müəyyən edilməsi;
- Kampaniyalar və xüsusi layihələr üçün əsas ideyanın (big idea) formalaşdırılması;
- Brendin emosional tonu, vizual dili və storytelling yanaşmasının sahiblənilməsi;
- Kreativ qərarlarda son sözün sahibi olmaq, brend və biznes strategiyasına uyğunluğun təmin edilməsi
Art & Visual Direction:
- Bütün vizual materialların bədii və konseptual uyğunluğuna kuratorluq edilməsi;
- Art direktorun və dizaynerlərin işinə istiqamət vermək, keyfiyyət çərçivəsini müəyyən edilməsi;
- Vizual standartların, keyfiyyət benchmark-larının və estetik kriteriyaların formalaşdırılması;
- “Yaxşıdır” ilə “brend üçün doğrudur və praktik olaraq işləyir” arasındakı fərqin müəyyən edilməsi
Video və kontentə rəhbərlik:
- Video kontentin ideya mərhələsindən son icrasınadək yaradıcı nəzarətin həyata keçirilməsi;
- Çəkilişlərin ümumi vizual və emosional təsirinə yön verilməsi;
- Social-first və video-first kontent yanaşmasının formalaşdırılması;
- Xarici agentliklər, çəkiliş komandaları və rejissorlarla kreativ səviyyədə işin qurulması və kurasiyası
Kreativ və yazılı kommunikasiyalar komandasının kurasiyası:
- Komandanın gündəlik icrasını deyil, istiqamətinin və keyfiyyətinin idarə edilməsi;
- Komandanın yaradıcı inkişafı, düşüncə səviyyəsinin yüksəldilməsi və estetik zövqünün formalaşdırılması;
- İdeya sessiyaları və konsept review-lərin aparılması
Brend uyğunluğu və təsdiq:
- Bütün kreativ çıxışların brend kimliyinə və ümumi biznes strategiyasının uyğunluğuna yekun təsdiq verilməsi;
- Tone of voice, vizual dil və kontent üslubunun qorunması;
- Strateji kontentlər üçün kreativ təsdiq mexanizminin sahibi olması
İş şəraiti
- İş qrafiki: I-V günlər
- Əmək haqqı: 4000-5000 AZN Gross + Rəqabətə uyğun mükafat sistemi
Tələblər
- Ali təhsil
- İdeyaların omnikanal adaptasiyası (ATL, BTL,Digital, PR, CRM);
- İş təcrübəsi 5 ildən artıq;
- Aİ -əsaslı kreativ alətlərlə işləmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Briefing and de-briefing bacarığı;
- Brend tonunun idarə edilməsi;
- Brend ideyasına və tonuna sahiblik;
- Kreativ ideya generasiya etmə bacarığı;
- Güclü konseptual düşüncə;
- Layihə və proses idarəetməsi;
- Proses düşüncəsi;
- Kritik düşüncə və problem həlli;
- İdeyaların biznes dili ilə əsaslandırılması;
- Təqdimat bacarığı;
- Strateji planlama və innovasiya bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Satış məsləhətçisi (Salyan)
Son tarix 15 fev 2026 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Tələblər:
- Azərbaycan dilini səlis, rus dili arzu olunandır;
- Satış təcrübəsi arzu olunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
- Satış qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










