Kontakt Home
Satınalma üzrə aparıcı mütəxəssis
Son tarix 02 apr 2026 - Müraciət et
Təsvir:
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsinin təmin edilməsi;
- Etibarlı satıcı və təchizatçı bazasının formalaşdırılması;
- Yüksək keyfiyyətli məhsulların ən uyğun qiymətlə əldə olunması məqsədilə şirkətdaxili bütün struktur bölmələri ilə sıx əməkdaşlığın qurulması;
- Xarici iqtisadi əlaqələrin qurulması və tərəfdaşların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması və təhlili;
- Satınalma zamanı yarana biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi;
- Satınalma üzrə hesabatların hazırlanması və təhlil edilməsi.
İş şəraiti:
- İş günləri: I–V günlər;
- İş saatı: 09:00–18:00;
- Əmək haqqı: 2800 AZN (gross).
Tələblər:
- Ali təhsil;
- Azərbaycan, ingilis və rus dillərini səlis səviyyədə bilmə (yazılı və şifahi);
- CIPS sertifikatı (üstünlükdür / tələb olunur);
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excel, Outlook);
- Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
- Komanda ilə işləmə bacarığı;
- Stressi idarəetmə bacarığı;
- Məsuliyyətlilik;
- Diqqətlilik;
- Analitik və hesabat yönümlü düşüncə tərzi.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












