GFC MMC
Nəzarət şöbəsi növbətçisi
Son tarix 17 okt 2025 - [email protected]
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Orta ixtisas və ya ali təhsilli olması;
- Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik;
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
- Rəislərin əmrlərinin vaxtında və düzgün icrası;
- Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq bacarığı;
- Microsoft Office üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı ;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Kameralar vasitəsilə restoranlarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması;
- Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
- Daxili qayda pozuntuları, şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların aparılması, qeydlərin aparılması və rəislərə məruzə edilməsi;
- Oğurluq, əmlakdan sui-istifadə hallarının aşkarlanması, qeydlərin aparılması və rəhbərliyə vaxtında məruzə edilməsi;
- Restoranlarda bütün kassalarda maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların qeydə alınması və rəislərə vaxtında məruzə edilməsi ;
- Restoranlarda mövcud seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların vaxtında qeydə alınması və rəislərə məruzə edilməsi;
- Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumatın təqdim edilməsi;
- İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət olunması və intizam pozuntularının qeydə alınması;
- Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük növbəli iş rejimi;
- Əmək haqqı-800 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarət şöbəsi növbətçisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Nəzarət şöbəsinin Növbə rəisi
Son tarix 17 okt 2025 - [email protected]
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Orta ixtisas və ya ali təhsilli olması;
- Monitorinq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik;
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq bacarığı;
- Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
- Microsoft Office üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı ;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Kameraları vasitəsilə restoranlar və obyektlərdə gündəlik fəaliyyətin müşahidə edilməsi;
- Şöbənin əməkdaşlarının gündəlik işinin planlaşdırılması, tapşırıqların verilməsi və icrasına nəzarət edilməsi;
- Restoranlarda bütün kassalarda maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi, uyğunsuzluqların vaxtında qeydə alınması;
- Kamera nəzarətinin fasiləsiz və effektiv şəkildə aparılmasını təşkil etmək, nəticələri təhlil etmək və qedlərin aparılmasına nəzarət etmək;
- Oğurluq, daxili qayda pozuntuları və digər şübhəli halların araşdırılması, əldə edilən sübutların toplanması və rəsmi şəkildə sənədləşdirilməsi;
- Qida və qeyri-qida məhsullarının istifadəsinin mövcud standartlara uyğunluğuna nəzarət, sui-istifadə hallarının qarşısının alınması;
- Təhlükəsizlik risklərinin təhlili və bu risklərin minimuma endirilməsi üçün profilaktik tədbirlərin həyata keçirilməsi;
- İnsidentlərin araşdırılması və məlumatların toplanaraq rəhbərliyə həm şifahi həm də yazılı şəkildə təqdim edilməsi;
- Fövqəladə hallarda (yanğın, texniki nasazlıq və s.) ilkin məlumatların rəhbərliyə verilməsi və müvafiq dövlət qurumları (polis, FHN və s.) ilə əlaqələndirmənin təmin edilməsi;
- Növbə ərzində restoranlarda təhlükəsizlik, intizam qaydalarının tam icrasına və müvafiq qeydlərin edilməsinə nəzarət;
- Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumat verilməsi;
- Müəssisə əməkdaşları tərəfindən iş yerində daxili qayda pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- Nəzarət şöbəsinin rəhbərliyinə gündəlik, aylıq və rüblük hesabatların hazırlanaraq təqdim edilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük növbəli iş rejimi;
- Əmək haqqı - 1000 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarət şöbəsinin Növbə rəisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.