Kepro Shop
Brand manager
Son tarix 23 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ümumi brend strategiyasını və inkişafını müəyyən etmək və həyata keçirmək, hədəf auditoriyanın diqqətini cəlb etmək
- Brendin strategiyasının qurulmasında, təqdimatında və inkişafında, maliyyə sağlamlığını və mənfəətliliyini təmin etmək üçün gəlir və xərc proqnozlaşdırmaq
- Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək
- Yenilikçiliyi təşviq etmək və brendin təkliflərini, o cümlədən yeni məhsulları, mağaza dizaynlarını və müştəri təcrübəsini yaxşılaşdırmaq və davamlı olaraq təkmilləşdirmək
- Brendin büdcəsinin hazırlanmasına və idarə edilməsinə nəzarət və analiz etmək
- Maliyyə performansını izləmək, kənarlaşmaları təhlil etmək, təkmilləşdirmə tədbirini həyata keçirmək. Gəlir imkanlarını maksimum dərəcədə artıraraq xərclərin nəzarət tədbirləri həyata keçirmək
- Brend komandası daxilində əməkdaşlıq və açıq ünsiyyət mədəniyyətini, fikir və ən yaxşı təcrübələrin paylaşılmasını təşviq etmək
- Brendin məhsullarını öyrənmək,işçiləri müstəsna xidmət göstərməyə və brendin dəyərlərini əks etdirməyə imkan verən təlim proqramlarını hazırlamaq və həyata keçirmək üçün sıx əməkdaşlıq etmək
- Vahid bir brend təcrübəsini təmin etmək üçün brend komandası və digər şöbələr arasında çoxfunksiyalı əməkdaşlığı təşviq etmək
- İşçilərin inkişafını təşviq edən müsbət iş mühitinin yaradılmasına rəhbərlik etmək və dəstək vermək
- Məhsullar üçün hazırlanan kampaniyaları təqib etmək
- Anbar stok hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək,satış proqnozlarına uyğun olaraq sifarişləri vermək
- Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək
Tələblər
- Qadın əməkdaşa üstünlük verilir
- Minumum 1 il iş təcürbəsi
- Azərbaycan dili səlist danışıq bacarığı (Rus dilinə üstünlük verilir)
- Satış bacarığı
- Kreativ strategiya
- Ünsiyyət bacarığı, aktiv və məsuliyyətli olmaq
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
- İş qrafiki: 5 günlük (Şənbə-Bazar günləri istirahət)
- İş saatı: 09:00 – 18:00
- Net 1000 AZN + faizlər
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları mövzu hissəsində "Brand Manager" qeyd etməklə göstərilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.