Karabakh Group
Sənaye və mülki tikinti üzrə mütəxəssis (Kəlbəcər
Son tarix 28 dek 2023 - [email protected]
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sənaye və mülki tikinti üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.(Yalnız vakansiya üzrə uyğun CV-lər dəyərləndiriləcək.)
Əsas Tələblər:
- Təhsili: Ali təhsilli(Sənaye və mülki tikinti ixtisası üzrə)
 - Kompüter bilikləri:MS Office proqramları,AutoCad;
 - İş təcrübəsi:Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
 - Ünsiyyət və komandada işləmək bacarıqları;
 - İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
 - Fikrini dəqiq,dolğun və özünə əminliklə təqdim etmə bacarığı
 - Yaş: 35-45
 
Vəzifə və Öhdəliklər:
- Təyin edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması layihəsinə,tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
 - Layihələr üzrə araşdırmalar etmək;
 - Material sərfini hesablamağı bacarmaq;
 - Müvafiq hesabatlarla (Texniki,Material və Aktlar) işləməyi bacarmaq;
 - İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
 - Layihələşdirmə,tikinti,istehsalat,əməyin və idarəetmənin təşkili,metroloji təminat,texniki nəzarət,elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
 - Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatı keçmək;
 
(Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşəcək. İş yeri rayonda olacaq)


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







