Karabakh Group
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 14 sen 2023 - [email protected]
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq göndərilməsi xahiş olunur.
Əsas Tələblər:
- Təhsili: Ali təhsilli
- Yaş: 30-45
- Cinsi: Kişi
- İş təcrübəsi: 4 ildən yuxarı
Vəzifə və Öhdəliklər:
- Tikinti keyfiyyətinin dövlət tikinti norma və qaydalarına riayət etməklə yüksəltmək.
- Materialların keyfiyyətini ( uyğunluq sertifikatların,texniki göstəricilərini və laboratoriya sınaq nəticələrin mövcudluğu) və onların saxlanma üsullarını yoxlanılmasına riayət edilməsi.
- Sənədlər dövrüyyəsi : BOQ uyğun olaraq MAR ( material approval request ) tərtibatı və sifarişçi firmasına təsdiq üçün göndərilməsi. MOS ( Method of Statement), NFİ ( Notification for İnspection), RFİ ( Request for İnformation ), Damage Report, Qüsur Aktları, NCR ( Non Conformance Report ) və digər sənədlərin tərtibatı.
- Hər iş prosedurunu, mərhələli şəkildə SNiP, AzDTN, QOST, DİN standartlarına uyğun olaraq yoxlanılması, təhvil-təslim işlərində iştirak edilməsi.
- Keyfiyyətə nəzarət və Keyfiyyətin İdarəedilməsi planının, prosedurlarının hazırlanması və prosesinə nəzarət edilməsi.
- Keyfiyyətlə bağlı iclasların təşkilini edilməsi.
- İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq.
- İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması.
- Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyni olmasına nəzarət edilməsi.
(Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşəcək. İş yeri rayonda olacaq) \
Planlama mühəndisi
Son tarix 14 sen 2023 [email protected]
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama mühəndisi” yazaraq göndərilməsi xahiş olunur.
Əsas Tələblər:
- Təhsili: Mühəndislik sahəsi üzrə ali təhsil;
- Planlaşdırma mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 4 illik təcrübə;
- Yaş: 30-45
- Cinsi: Kişi
Vəzifə və Öhdəliklər:
- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
(Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək.)
Sətəm üzrə mühəndis
Son tarix 14 sen 2023 [email protected]
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sətəm üzrə mühəndis” yazaraq göndərilməsi xahiş olunur.
Əsas Tələblər:
- Təhsili: Ali təhsilli
- Yaş: 30-45
- Cinsi: Kişi
- İş təcrübəsi: 4 ildən yuxarı
Vəzifə və Öhdəliklər:
- Layihədə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- İşçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
- Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət;
- Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsi;
- Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin təşkili ;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin daxili və xarici tədqiqatında iştirak;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
(Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək. İş yeri rayonda olacaq)