Kapital Bank
Strategiya və büdcə şöbəsinin Aparıcı mütəxəssisi
Son tarix 27 avq 2022 - [email protected]
Öhdəliklər:
- Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması
- Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması
- Bankın müxtəlif Struktur Bölmələri/Sahələri üzrə Performansın İdarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi
- Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
- Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
- Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
- Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
- Yüksək analitik qabiliyyət;
- Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Rəqəmsal satış şöbəsində kiçik mütəxəssis/mütəxəssis
Son tarix 27 avq 2022 -
Öhdəliklər:
- Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq;
- Ölkə daxili və xarici bazarları araşdırmaq və dayanıqlı rəqəmsal məhsullar üzrə
- təkliflər hazırlamaq;
- Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Yeni satış texnikalarını və kanallarını formalaşdırmaq;
- Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə etmək və s.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Microsoft Office proqramları üzrə biliklər;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Təqdimat bacarıqları;
- Qərar qəbuletmə bacarığı;
- Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.