Ümumi məlumat
Kapital Bank Korporativ və KOS satışlar idarəsinin Korporativ biznesə dəstək departamenti Biznes həlləri şöbəsi aparıcı mütəxəssis vakansiyasını elan edir.
Öhdəliklər
• Kredit və sənədli əməliyyatların rəsmiləşdirilməsi;
• Xidmət keyfiyyətinin çatışmamazlıqlarının aşkar olunması;
• Korporativ müştərilərdən daxil olan müraciət və şikayətlərin araşdırılması və sorğuların cavablandırılması üçün müvafiq tədbirlər görülməsi;
• Korporativ müştərilərə göstərilən xidmətlər üzrə prosedur və qaydaların hazırlanması;
• Korporativ müştərilərə göstərilən xidmətlərin qaydalara və daxili biznes proseslərə uyğun aparılmasının yoxlanması məqsədi ilə mütəmadi monitorinqlər aparılması, qaydaların icra olunmasına nəzarət edilməsi;
• Filiallarda əməkdaşlar arasında sorğuların aparılması və əməkdaşların tələb və problemlərinin həll olunması;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
• Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
• Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirir.
Tələblər
• Ali təhsil;
• Göstərilən sahədə ən 2 il təcrübə;
• Analitik düşünmə qabiliyyəti;
• Detallara diqqətli;
• Bankın fəaliyyətində istifadə edəcəyi proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
• Sərbəst işləmə və ünsiyyət qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
Tələblər
• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi
• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
• Məsuliyyətlilik və dəqiqlik;
• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Bank qanunvericiliyini
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “KOS kreditlərin təhlili üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz..
Ümumi məlumat
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentinin Satınalma Şöbəsində Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• “Bankın” ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender və sorğuların keçirilməsi;
• Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun bankın satınalma təlimatına uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
• Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
• İlkin sənədlərin ekspertizasının aparılması;
• Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi;
• Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması;
• Müqavilələr üzrə danışıqların aparılması;
• Tender və Kotirovka protokollarının hazırlanması;
• Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
• Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
Tələblər
• Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• İngilis və Rus dillərini bilməlidir;
• Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir;
• Satınalma Sənədlər toplusunun hazırlanma qaydalarını bilməlidir;
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Ümumi məlumat
Kapital Bank namizədləri Partnyor şəbəkəsinin idarə edilməsi Ipoteka partnyorları ilə iş şöbəsi mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankın İpoteka üzrə partnyorların genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması
• Mövcud Partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi.
• İpoteka inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması.
Tələblər
• Sərbəst işləmə qabiliyyəti
• Yüksək ünsiyyətqurabilmə qabiliyyəti
• Savadlı nitq və peşəkar kommunikasiya qurmaq bacarığı
• Etik qaydalara uyğun davranışa sahib olan
• Komandada işləmək bacarığı
• İşgüzar ünsiyyət və təhlil etmə bacarığı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “İpoteka partnyorları ilə iş üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.