Kapital Bank
Mikrokreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi / Tovuz filialı
Son tarix 25 avq 2025 - Müraciət et
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
BirBankın Tovuz filialında Mikrokreditlər bölməsinin kiçik mütəxəssis/mütəxəssisi vəzifəsi üzrə detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir
- Görülmüş işlər üzrə hesabatlar verir.
Tələb olunan bacarıq və təcrübə
- Azərbaycan dilinin mükəmməl bilinməsi;
- Ali təhsil, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Satış bacarıqlarının yüksək olması;
- Əla ünsiyyət bacarıqlarının olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmaq;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik!
Əgər təklifimiz Sizə maraqlıdırsa, Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyamıza müraciət edə bilərsiniz.
İcra orqanları ilə iş şöbəsinin hüquqşünası
Son tarix 25 avq 2025 Müraciət et
Rol haqqında
Birbankın Kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün bankı müvafiq orqanlarda təmsil edəcək, detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Qanunvericilik normalarına riayət etmək və müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Öhdəliklər
- Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək;
- İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil etmək;
- Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək;
- İcra orqanlarından banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlamaq;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələb olunan bacarıq və təcrübə
- Təhsil pilləsi: Bakalavr dərəcəsi (Hüquq ixtisası üzrə);
- Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı;
- Digər səriştələr: Detallara qarşı diqqətli, ünsiyyət qabiliyyəti yüksək və təmkinli olma bacarığı.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyamıza müraciət edə bilərsiniz.