Kapital Bank
Təchizat şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 16 yan 2025 - Müraciət et
Bank haqqında:
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Satınalma, təchizat zənciri və müqavilə idarəetməsi sahəsində peşəkar axtarışındayıq!
Öhdəliklər
- Təqdim olunan tələbnamələr üzrə sifarişlərin icrası;
- Sənədləşmələrin düzgün və dəqiq yerinə yetirilməsi;
- Təchizat üzrə tələb olunan digər işlərin və rəhbərliyin birbaşa tapşırıqlarının yerinə yetirilməsi;
- Məktubların statusları barədə məlumatlı olmaq;
- Vendorlarla danışıqlar aparmaq;
- Məlumatı ERP sisteminə daxil etmək, kağız və sistemdə olan sənədləri izləmək, vaxtında icra etmək, rəhbərliyə bütün statular haqda məlumat vermək;
- Dəftərxana və təsərrüfat materiallarının istifadə və sifarişinin optimallaşdırılması, anbarda mövcudluğunun təmin olunması;
- SMS xidməti; İMEİ kodlar; Kuryer xidməti, dezinfeksiya xidməti, tibbi ləvazimatların və s. təchizatı;
- İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşıyır.
Tələb olunan bacarıq və təcrübə
- Satınalma, təchizat zənciri və müqavilə idarəetməsi sahəsində minimum 3 il iş təcrübəsi,
- Satınalma sertifikatları üstünlükdür,
- Müqavilələrin idarəedilməsi proqramları/ERP sistemləri haqqında məlumatlı olmaq,
- Detallara yüksək diqqət və problem həll etmə bacarığı,
- Daxili komandalar və təchizatçılarla səmərəli işləmək üçün güclü interpersonal bacarıqlar,
- Tələblərin icrası üçün enduser və təchizatçı arasında vasitəçilik təcrübəsi,
- Təşkilatçılıq bacarıqları,
- Nəticəyönümlülük.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Profil testi
- Bar Raiser müsahibəsi
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyacları, vərdişləri və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirləri və təcrübələrini qiymətləndiririk. Biz açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Namizədlər üçün sosial media bağlantıları
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
https://hr.kapitalbank.az/vacancy/detail?vacancyId=3063
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, vakansiyamıza Müraciət et butonundakı linkə keçid edərək müraciət edə bilərsiniz.