Kapital Bank
Kreditlərin ilkin təqibi departamentinin Digər kreditlər ilə iş şöbəsinin mütəxəssisi (Mikro kreditlərin təqibi üzrə)
Son tarix 30 may 2025 - Müraciət et
Rol haqqında
Kreditlərin ilkin təqibi departamentinin Digər kreditlər ilə iş şöbəsinin fəaliyyətinin təkminləşdirilməsi məqsədilə, detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək bizim əsas məqsədimizdir.
Öhdəliklər
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
- Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
- Kredit ödənişinin gecikməsi ilə bağlı bocalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
- Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
- Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələblər
- Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur;
- Texniki bacarığı: MS Office proqramlarında işləmək bacarığına sahib olmaq;
- Sahə üzrə iş təcrübəsi: Minimum 1 illik təcrübəyə malik olmaq;
- Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığına sahib olmaq;
- Digər səriştələr: Operativ, təmkinli və problemli borcalanlarla əlaqə yaratmaq bacarığına sahi
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Namizədlər üçün sosial media bağlantıları
- Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.