Kapital Bank
Müştəri müraciətlərinin araşdırılması şöbəsinin meneceri
Son tarix 07 dek 2023 - Müraciət et
Rol haqqında:
Kapital Bankın müxtəlif kanalları ilə daxil olan müştəri müraciətlərinin əməkdaşlar tərəfindən operativ və düzgün şəkildə cavablandırılmasına nəzarət edilməsi, həmçinin müştəri müraciətlərinin azaldılması istiqamətində həlli yollarının təqdim edilməsi və bu sahədə işləri koordinasiya etməsi.Bu işdə beynəlxalq standartların və yeniliklərin tətbiq edilməsi, müştəri məmnuniyyətinin artırılması və müştərilər ilə münasibətləri yüksək səviyyədə saxlanılması əsas prioritetlərimizdəndir.
Öhdəliklər:
- Müxtəlif kanallar vasitəsilə banka daxil olmuş şikayətləri, sorğuları və müraciətlərin həlli standartlarının yaradılması, müvafiq departamentlər tərəfindən icrasına nəzarət və monitorinqini təmin edilməsi
- Daxil olmuş şikayətlərin, sorğuların və müraciətlərin bankın adiyyatı struktur bölmələrinə yönəldilməsinə, statuslarına və lazımi araşdırmalar aparmaq nəticəsində həmin müraciətlərin qanunvericiliklə təyin edilmiş müddət ərzində cavablandırılmasına nəzarət edilməsi
- Daxil olan şikayət,sorğu və müraciətləri qruplaşdırmaqla müxtəlif yönümlü statistik hesabatların hazırlanması
- Şöbə əməkdaşları arasında vəzifə bölgüsünün aparılması
Tələb olunan bacarıq və təcrübə:
Sizin barənizdə:
- Bakalavr
- Azərbaycan dili, Rus dili
- Yüksək gərginlikli iş rejimində işləmək bacarığı
- Komandada işləmək bacarığı
- Çeviklik və uyğunlaşma bacarığı
- Analitik düşüncə və analiz qabiliyyəti
- Müştəri yönümlü olmaq
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- İmtahan
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Namizədlər üçün sosial media bağlantıları.
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.