Kapital Bank
Mikro kreditlərin təhlili şöbəsinin mütəxəssisi
Son tarix 28 okt 2023 - Müraciət et
Kapital Bank ASC-yə müxtəlif kanallar üzrə mikro kredit əldə etmək üçün müraciət etmiş sahibkarların sosial, maliyyə, kredit davranışı və ümumi biznes vəziyyətini təhlili edərək kreditin verilməsi barədə yekun qərar verəcək həmkar axtarırıq. Müştərilərin müraciətlərini operativ qaydada araşdıraraq , konstruktiv qərarlar vermək, bütün bu prosesləri rəqəmsallaşdırmaq əsas istiqamətlərimizdəndir.
Öhdəliklər:
- Müraciətlər əsasında mikro kreditlərin və mikro məhsulların verilməsi, restrukturizasiya və ya şərtlərə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirilməsi, ehtiyac olduqda yerində baxış keçirilməsi və onlar barədə rəy verilməsi;
- Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazırlanması;
- Risklərin düzgün qiymətləndirilməsi və ya təminatın kifayət olub-olmamasını yoxlanılması;
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edilməsi;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi;
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirilməsi;
- Şöbənin fəaliyyəti üçün zəruri olan məlumatın toplanması və emalında iştirak edilməsi.
Tələb olunan bacarıq və təcrübə:
Sizin barənizdə:
- Ali təhsil;
- Mikro kreditlərin satışı və ya təhlili sahəsində iş təcrübəsi;
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyətinə malik olmaq;
- Analitik düşüncə qabiliyyətinə malik olmaq;
- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq;
- Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
- Mikro kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq.
İşə qəbul prosesi:
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Namizədlər üçün sosial media bağlantıları.
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.