Improve Group
Targetoloq
Son tarix 20 yan 2025 - [email protected]
Tələblər:
- İş təcrübəsi: Minimum 3 il sosial media platformalarında (Facebook, Instagram, Google Ads və digər) hədəfli reklam sahəsində iş təcrübəsi.
- Restoran və təhsil sahəsində təcrübəsi olması üstünlükdür
Bilik və bacarıqlar:
- Sosial şəbəkələrdə reklam kampaniyalarının qurulması və idarə edilməsi təcrübəsi.
- Reklam kampaniyalarının nəticələrinin analiz edilməsi və effektivliyini artırmaq üçün optimallaşdırma bacarığı.
- Analitika alətləri ilə işləmə bacarığı (Google Analytics, Yandex.Metrika və s.).
- Azərbaycan və ingilis dillərini bilmək.
- Yaradıcı və analitik düşüncə: Effektiv reklam strategiyalarını işləyib hazırlamaq və onların nəticələrini proqnozlaşdırmaq bacarığı.
- Məsuliyyət və dəqiqlik: Tapşırıqları vaxtında yerinə yetirə bilmək və son tarixlərə riayət etmək bacarığı.
Əsas vəzifələr:
Hədəfli reklamların qurulması və idarə edilməsi:
- Hədəf auditoriyalarına əsaslanan reklam strategiyalarının işlənib hazırlanması.
- Facebook, Instagram, Google Ads platformalarında reklam kampaniyalarının yaradılması, işə salınması və monitorinqi.
Analiz və optimallaşdırma:
- Reklam kampaniyalarının effektivliyinin daimi təhlili və maksimum nəticələr əldə etmək üçün strategiyaların tənzimlənməsi.
- Reklam xərclərinin optimallaşdırılması ilə gəlirliliyin artırılması.
Hesabatların hazırlanması:
- Kampaniyaların nəticələrinin təhlili və tövsiyələr üçün mütəmadi hesabatların hazırlanması.
İş şəraiti:
- Əmək haqqı: 700 - 1000 AZN
- İş qrafiki: 6 günlük iş qrafiki
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Targetoloq” başlığı ilə elektron poçtuna göndərə bilərlər.