Improve Group
Marketinq direktoru
Son tarix 17 dek 2025 - [email protected]
Əsas öhdəliklər:
- Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
- Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
- SEO/SEM, Google Ads, Facebook, Instagram, TikTok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
- Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
- Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
- Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin təhlili;
- Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
- Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
- Komandanın idarə olunması, motivasiyası və inkişaf planlarının hazırlanması;
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
- Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
- Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.
Kvalifikasiya tələbləri:
- Təhsil: Ali təhsil (Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə təhsil);
- İş təcrübəsi:
5 il marketinq sahəsində iş təcrübəsi;
2 il marketinq meneceri olaraq iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketinq və s.);
- Google Ads, Meta Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
- SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
- Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
- Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
- Stratejik düşünmə və analitika bacarığı;
- Layihələrin idarə edilməsi və komandanın idarə edilməsi bacarığı;
- Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
- Effektiv kommunikasiya bacarığı;
- Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
- Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür).
Təklif edirik:
- Əmək haqqı: 2000 – 2500 AZN (namizədin təcrübəsinə əsasən);
- Karyera inkişafı və strateji qərarvermə proseslərində iştirak imkanı;
- Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlər “Marketinq Direktoru” başlığı ilə öz CV və portfoliolarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











