Improtex Trucks and Buses
Mexanika bölməsinin rəhbəri (xüsusi texnikalar)
Son tarix 06 may 2024 - [email protected]
Əmək funksiyaları:
- Texnoloji avadanlıqların istismarı qaydalarını bilmək və nəzarət etmək;
- Avadanlıqların təmirə təhvil və təmirdən qəbulu qaydalarını;
- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiya üzrə işlərdə iştirak etmək;
- Təmirə gələn avtomobillərin ilkin təmir xərclərini müəyyənləşdirmək;
- Servis daxilində işləri işçilər arasında bölüşdürmək;
- Ustaların gördükləri işlərə nəzarət etmək, texniki dəstək göstərmək;
- Lazım olan ehtiyat hissələrinin sayını müəyyən etmək;
- İşçiləri dövri olaraq təlimatlandırmaq;
- Dövri olaraq alətlərin yoxlanılması, alətlərin saz və ya nasaz olmasının aşkarlanması.
- Servis ərazisinin təhlükəsizliyinə və təmizliyinə nəzarət etmək;
Namizədə tələblər:
- Kişi;
- Mexanik və ya avtomatika mühəndisliyi üzrə texniki təhsil;
- 30-45 yaş;
- Müvafiq sahələrdə 3-5 il idarəedici səviyyədə iş təcrübəsi;
- MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək);
- Xarici dil bilikləri: Rus - əla; İnglis - A2
- Ezamiyyətə hazırlıq (xərclər şirkət tərəfindən ödənilir);
- Məsuliyyətli diqqətli və intizamlı olmaq.
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük;
- İş saatları: I-V 09:00-18:00, VI 09:00-16:00;
- Əmək haqqı: 700 – 900 ₼;
- İş yeri: Bakı şəhəri, Salyan Şossesi 15;
- Çatdırılma: Servis Xidməti
Uyğun namizədlər CV-lərini " Mexanika bölməsinin rəhbəri " başlığı ilə e-mail ünvana göndərə bilərlər.
Zəmanət üzrə menecer (xüsusi texnikalar)
Son tarix 06 may 2024 [email protected]
Əmək funksiyaları:
- İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini əla bilmək;
- Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
- Yerli zəmanət normalarının tətbiqi və idarə edilməsi;
- Məhsulun sıradan çıxması halının araşdırılması, təmirinin koordinasiyası üzrə məsuliyyət;
- Zəmanətlə bağlı təmir işləri üçün ehtiyat hissələrinin inventarının idarə edilməsi;
- Xidmət göstərilməsi və ya problemlərinin aradan qaldırılması və həlli məqsədilə korporativ departamentlərlə əlaqəli şəkildə işləmək;
- Zəmanət məsələləri üzrə müştərilərə məlumat vermək;
- Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək.
Namizədə tələblər:
- Kişi;
- Texniki təhsil;
- 30-45 yaş;
- Müvafiq sahələrdə 3-5 il iş təcrübəsi;
- MS Office, 1C, Outlook (istifadəçi səviyyəsi);
- Yüksək səviyyədə azərbaycan, rus dili; inglis dili B1 (sərbəst danışıq);
- Təqdimat üsulları bacarığı;
- Ezamiyyətə hazırlıq (xərclər şirkət tərəfindən ödənilir);
- Məsuliyyətli diqqətli və intizamlı olmaq.
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük;
- İş saatları: I-V 09:00-18:00, VI 09:00-16:00;
- Əmək haqqı: 700 - 900 ₼;
- İş yeri: Bakı şəhəri, Salyan Şossesi 15;
- Çatdırılma: Servis Xidməti
Uyğun namizədlər CV-lərini " Zəmanət üzrə menecer " başlığı ilə e-mail ünvana göndərə bilərlər.