Improtex Industries
Layihə rəhbəri
Son tarix 05 yan 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirmək, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etmək;
- Fərdi layihələri idarə etmək, statuslarını təqib etmək və uğurlu şəkildə nəticəyə çatmasını təmin etmək, lazım gəldikdə əlavə strukturları işə cəlb etmək;
- Layihə çərçivəsində razılaşdırılmış şəkildə iş bölgüsünü və vəzifələri təyin etmək;
- Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısını almaq və ya həll edilməsini təmin etmək;
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin etmək;
- Yeni layihələrin istehsalında, texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd istehsal prosesində əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək;
- Ondan asılı olan layihə və ya layihələrin büdcə və iş proqramlarını hazırlamaq, lazım olduğu təqdirdə təftiş etmək, icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək;
- Gündəlik hesabatlar hazırlamaq və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək;
- Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə saxlanmasını təşkil etmək;
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihəni idarə etmək;
- İstehsalın layihə üzrə gedişatını izləmək üçün tədbirlər planını hazırlamaq;
- Yerli və xarici ölkələrdə tərəfdaş təşkilatlar və şəxslərlə əlaqələr qurmaq, yazışmalar aparmaq və görüçlərdə iştirak etmək.
Ümumi tələblər:
- Ali texniki təhsil;
- Dil bilikləri: Azərbaycan, ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- İdarəetmə və Layihə rəhbəri sahəsi üzrə bilik və bacarıqların olması;
- Komanda şəklində işləmə bacarığı və ünsiyyət qurmaq bacarığı;
- Nəticəyönümlülük və punktuallılıq;
- Yüksək təşkilatçılıq və liderlik;
- Təşəbbüskarlılıq və tələbkarlılıq;
- Kompüter bacarıqları: MS Office, Autocad;
Əmək şəraiti:
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: 700-1000 AZN.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz “Layihə rəhbəri” vakansiyanın adını qeyd edəsiniz