Improtex Industries MMC
Aparıcı mühasib
Son tarix 01 yan 2026 - [email protected]
Vəzifə Öhdəlikləri:
- İstehsalatla bağlı bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq.
- İstehsal xərclərinin uçotunu təşkil etmək.
- Əmək haqqı hesablanması
- Maya dəyərinin hesabatını tərtib etmək (kalkulyasiya).
- Mal-material ehtiyatlarının, yarımfabrikatların və hazır məhsulun uçotunu aparmaq.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.
- İstehsalatda istifadə olunan əsas vəsaitlərin amortizasiya hesablamasını təşkil etmək.
- Mədaxil və məxaric orderlərini, qaimələri, aktları yoxlamaq və təsdiq üçün hazırlamaq.
- Kassa, bank əməliyyatları üzrə nəzarət aparmaq (səlahiyyət daxilində).
- Rəhbərliyə istehsal xərcləri və maliyyə vəziyyəti ilə bağlı məlumatlar təqdim etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (mühasibat, maliyyə, audit).
- Minimum 3–5 il mühasibatlıq təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür).
- Mühasibat proqramlarının biliyi (1C, ERP, SAP və s.).
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, MHBS və digər normativ sənədlər üzrə biliklər.
- Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
- Həftə içi günlər saat 09:00-dan 17:00-dək
- Şənbə günü 09:00-dan 14:00-dək
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- Yaş həddi: 35-45
- Kompyuterdə sərbəst çalışmağı bacarmalı
- Ezamiyyətlərə açıq olmalı
- Ünvan: Qaradag ray. Səlyan şossesi
- Nəqliyyat xidməti mövcuddur
Namizədlər CV-lərini “Aparıcı mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











