iMotors
Marketinq Meneceri
Son tarix 01 yan 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
- Marketinq sahəsində ən azı 3 il təcrübə olmalı;
- Azərbaycan, rus və ingilis dillərini səlis bilməli;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
- Reklam, PR və SMM alətləri üzrə bilikləri olmalı.
Vəzifə öhdəlikləri:
- Marketinq üzrə layihə planlarının hazırlanması;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsi;
- Marketinq materiallarının təmin edilməsi (Promo və print);
- Brend tanıtımının ölçülməsi və yüksəldilməsi ilə bağlı yeni təkliflərin hazırlanması.
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
- Sosial media marketinqi, e-poçt marketinqi və onlayn reklamda daxil olmaqla rəqəmsal marketinq strategiyalarına nəzarət etməsi və trendi izləyərək kontent yaratması;
- Marketinq səylərini ümumi biznes məqsədlərinə uyğunlaşdırmaq üçün satış departamenti ilə əməkdaşlıq etməsi;
- Tədbirlərin təşkil edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1939-2366 AZN + bonus;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
- İş yeri: Babək pr.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Meneceri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.