IGA Import Group AZ
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 06 fev 2025 - [email protected]
Öhdəliklər:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə hesablanması və göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
- İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili, müsahibə aparma (recruiting) bacarıqları;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edilməsi;
- Cv bazasının yaradılması;
- Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
- Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
- İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlanmasına nəzarət, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
- Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
Tələblər olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsilinin olması);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
- ƏMAS platformasında sərbəst işləmək bacarığı;
- İSB portalında və Məşğulluq dövlət orqanları ilə işləməyi və əməliyyatların aparılmasını bilməli;
- 1C, MS Office (xüsusilə Excel, Powerpoint), Outlook proqramlarından sərbəst istifadə bacarığı;
- Datanı toplamaq, qruplaşdırmaq və təhlil etmək kimi bacarıqları özündə birləşdirən analitik düşüncə;
- Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;
- Rus dili biliyi arzuolunandır
İş barədə məlumat:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq, işə qəbul
- İş rejimi: Həftənin 5 günü
- Korporativ nömrə
- İş saatı: 09:00-dan - 18:00-dək
- Əmək haqqı – razılaşma yolu ilə
Əlaqə üçün: +994 705959979