İmprotex Qarabağ Sənayə Kompleksi MMC
Satımalma üzrə mütəxəssis
Son tarix 04 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti və təsərrüfat sahəsində yerli və xarici təchizatçıları tanımalı;
- Daxil olan sifarişlərin düzgün analiz edilməsi;
- Tikinti və təsərrüfat sahəsinə aid sifarişlərinin bazar araşdırması, hesabatların hazırlanması, sifarişlərin idarə edilməsi, analiz edilib uyğun malın seçilməsi və sifarişin tamamlanması;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək;
- Alınmış malların qeydiyyatının aparılması;
- Problem həll etmə bacarığına malik olmalıdır;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalıdır;
- Rəhbərliyin tapşırıqlarını və digər administrativ işləri vaxtında və düzgün yerinə yetirilməsi.
Tələb olunan göstəricilər:
- Kişi namizədi;
- Yaş 25-45:
- Ali təhsilli;
- Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsi;
- Azərbaycan dili sərbəst, ingilis və rus dillərini yazılı və şifahi surətdə yaxşı bilmək;
- Outlook, MS Office proqramlarından əla istifadə bacarığı;
- Ezamiyyətə hazırlıq (xərclər şirkət tərəfindən ödənilir);
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük;
- İş saatları: I-V günlər 09:00-17:00, VI-cı gün 09:00-16:00;
- Əmək haqqı: 800 – 1000 Azn;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi 15, İmprotex İndustries MMC-nin İnzibati binası;
- Çatdırılma: Servis Xidməti
Uyğun namizədlər öz CV-lərini (mövzu yerinə “Satınalma”) qeyd olunan elektron poçt ünvanlarına göndərə bilərlər:
[email protected] ; [email protected]
Resepşn
Son tarix 04 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətə gələn qonaqların qarşılanması və qeydiyyatı;
- Telefon zənglərinə cavab verilməsi, yönləndirilməsi;
- Maillərin cavablandırılması və yönləndirilməsi;
- Obyektin ümumi sənədləşmə işlərinin həyata keçirilməsi
- Daxil olan və çıxan məktubların qeydiyyatı, nüsxənin saxlanılması;
- Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi;
Tələb olunan göstəricilər:
- Qadın;
- Yaş 20-45:
- Təhsil- Ali, orta ixtisas;
- Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsi;
- Ofis avadanlıqları ilə işləmə bacarığı;
- Azərbaycan və rus dillərini yazılı və şifahi surətdə əla bilmək; İnglis dili arzuolunandır;
- MS Office proqramlarından yaxşı istifadə bacarığı;
- Məsuliyyətli, diqqətli, gülərüz və səbirli olması vacibdir.
Üstünlük Lök-batan və Sahil qəsəbələrində yaşayan namizədlərə veriləcək.
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük;
- İş saatları: I-V günlər 09:00-18:00, VI gün 09:00-16:00;
- Əmək haqqı: 500 – 600 Azn;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi 15, MAN Servis-in İnzibati binası;
- Çatdırılma: Servis Xidməti
Uyğun olan namizədlər CV-ni (mövzü yerinə “Resepşn) yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər:
İnşaat mühəndisi
Son tarix 04 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə-yetirilməsini, təmin-edir;
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək; - Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (aktlar, beton işləri jurnalı və s.);
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- Beton konstruksiya, izolyasiya və qazıntı əks doldurma işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək.
- Layihə üzrə demir beton konstruksiyalarında vizual, ölçmə və test sınaqlarında iştirak etmək
Tələb olunan göstəricilər:
- Kişi;
- Yaş 25-45:
- Ali tikinti və texniki təhsilli;
- Müvafiq sahə üzrə 3 illik iş təcrübəsi;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
- MS Office proqramlarından yaxşı istifadə bacarığı; Autocad proqramını bilmək arzuolunandır;
- Azərbaycan və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
- Ezamiyyətə hazırlıq (xərclər şirkət tərəfindən ödənilir);
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük;
- İş saatları: I-V 09:00-17:00, VI 09:00-16:00;
- Əmək haqqı: 1000 – 1500 Azn;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi 15, İmprotex İndustries MMC-nin İnzibati binası;
- Çatdırılma: Servis Xidməti
Uyğun olan namizədlər CV-ni (mövzu yerinə “İnşaat mühəndisi”) qeyd olunan elektron poçt ünvanlarına göndərə bilərlər: [email protected] ; [email protected]