İDG Construction MMC
Junior Planlama mühəndisi
Son tarix 16 may 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Mərdəkan qəsəbəsi
- İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
- Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
- Əmək haqqı 800 – 1100 AZN (təcrübəyə görə dəyişir)
Vəzifə öhdəlikləri
- Layihə iş qrafiklərinin hazırlanmasına kömək etmək (MS Project / Primavera)
- İş həcmlərinin və müddətlərin planlanmasına dəstək göstərmək
- Layihələrin icra vəziyyətinin izlənilməsində iştirak etmək
- Gecikmələrin və risklərin təhlilinə kömək etmək
- Hesabatların hazırlanması üçün məlumat toplamaq
- Layihə komandası ilə koordinasiyada iştirak etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
- Ali təhsil (mühəndislik sahəsi üstünlükdür)
- MS Excel biliyi (mütləq)
- MS Project və ya Primavera biliyi arzuolunandır
- Öyrənməyə açıq, məsuliyyətli və diqqətli olmaq
- Komandada işləmə bacarığı
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik və diqqətlilik;
- Vaxtın düzgün idarə edilməsi;
- Operativ qərarvermə bacarığı.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Junior planlama mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İş İcraçısı / Logistika üzrə məsul şəxs
Son tarix 16 may 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Mərdəkan qəsəbəsi
- İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
- Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
- Əmək haqqı 1200 – 1600 AZN (təcrübəyə görə dəyişir)
Vəzifənin məqsədi
- Tikinti sahəsində işlərin icrasını idarə etmək, eyni zamanda materialların, avadanlıqların və logistika proseslərinin düzgün və vaxtında təşkilini təmin etmək.
Vəzifə öhdəlikləri
- Sahədə tikinti və montaj işlərinin gündəlik icrasına rəhbərlik etmək
- Usta və fəhlə heyətini idarə etmək, iş bölgüsünü təşkil etmək
- İşlərin layihə və texniki çertyojlara uyğun icrasına nəzarət etmək
- Materialların sahəyə qəbulunu, saxlanmasını və düzgün istifadəsini təmin etmək
- Logistika proseslərini idarə etmək (materialların daşınması, təchizat və paylanma)
- Anbar və sahə arasında material axınını koordinasiya etmək
- Avadanlıq və texnikanın düzgün istifadəsini və vaxtında təminatını təşkil etmək
- İcra qrafikinə uyğun olaraq material və resursların vaxtında çatdırılmasını təmin etmək
- HSE (əməyin təhlükəsizliyi) qaydalarına riayət olunmasına nəzarət etmək
- Gündəlik iş və logistika hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
- Subpodratçılar və təchizatçılarla koordinasiyanı təmin etmək
- Sahədə yaranan gecikmə və logistika problemlərini operativ həll etmək
Tələblər
- Bəy namizəd
- Tikinti sahəsində Foreman və ya oxşar vəzifədə təcrübə
- Logistika və material idarəetməsi üzrə biliklər
- Texniki çertyojların oxunması bacarığı
- HSE qaydaları üzrə biliklər
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili üstünlükdür
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik və diqqətlilik;
- Vaxtın düzgün idarə edilməsi;
- Operativ qərarvermə bacarığı.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İş İcraçısı (Foreman) + Logistika üzrə məsul şəxs” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Həcmlərə nəzarət üzrə mütəxəssis
Son tarix 16 may 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə iş həcmlərinin hesablanması və yoxlanılması
- BOQ və smeta sənədlərinin hazırlanmasında iştirak
- Layihə üzrə görülmüş işlərin ölçülməsi və hesabatların hazırlanması
- Podratçıların təqdim etdiyi iş həcmlərinin yoxlanılması
- Layihə üzrə material və iş həcmlərinə nəzarət
- Texniki sənədlərin və hesabatların hazırlanması
Tələblər:
- Tikinti mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Tikinti çertyojlarını və layihə sənədlərini oxuma bacarığı
- Detallara diqqət və məsuliyyətlilik
- Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə və müqayisəli təhlil bacarığı
- Komandada işləmək bacarığı
Üstünlüklər:
- Tikinti layihələrində BOQ və smeta hazırlama təcrübəsi
- Smeta və layihə proqramları üzrə bilik
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi
- 6 günlük iş qrafiki;
- İş saatları: 08:00 – 17:00, (13:00 – 14:00 nahar fasiləsi)
- İstirahət günləri: Bazar
- Əmək haqqı 1500 – 1800 AZN (təcrübəyə görə dəyişir)
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Həcmlərə nəzarət üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.














