İcbari Sığorta Bürosu
Avtomatlaşdırma üzrə mütəxəssis (Jira admin)
Son tarix 16 iyn 2025 - [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Jira və Confluence platformalarının gündəlik idarə edilməsi və dəstəklənməsi;
- Jira layihələrinin, board-ların, workflow-ların, ekranların, sahələrin (fields), permission scheme-lərin və digər konfiqurasiya parametrlərinin yaradılması və optimallaşdırılması;
- İş axınlarının (workflow), avtomatlaşdırma qaydalarının (automation rules) və trigerlərin tərtib olunması;
- Qlobal və layihəyəxas parametrlərin effektiv idarə edilməsi və uyğunlaşdırılması;
- İstifadəçi rollarının, icazələrin və qrupların düzgün şəkildə idarə edilməsi və monitorinqi;
- Komandaların və istifadəçilərin Jira və Confluence üzrə maarifləndirilməsi və dəstəklənməsi;
- Plugin-lərin və əlavə modulların quraşdırılması və idarə olunması (xüsusilə ScriptRunner, Xray, Zephyr və s.);
- Sistem inteqrasiyaları (API vasitəsilə digər sistemlərlə əlaqə) və texniki dəstək fəaliyyətləri;
- Qeydiyyatların və konfiqurasiya dəyişikliklərinin sənədləşdirilməsi və hesabatların hazırlanması;
- Texniki nasazlıqlar və istifadəçi problemləri üzrə araşdırmaların aparılması və operativ həllərin təqdim edilməsi;
- İT komandaları və biznes strukturları ilə sıx əməkdaşlıq edərək, sistemin ehtiyaclara uyğun optimallaşdırılması.
Namizədə dair tələblər:
Təhsil və Təcrübə:
- Ali təhsil;
- Jira Administratoru vəzifəsində ən azı 2-3 il iş təcrübəsi;
- Confluence və digər Atlassian məhsulları üzrə praktiki bilik və təcrübə.
Texniki Bacarıqlar:
- Jira Workflow dizaynı, automation, permission və notification scheme-lər üzrə dərin bilik;
- ScriptRunner, Xray, Zephyr kimi plugin-lərlə iş təcrübəsi;
- Jira REST API ilə işləmək bacarığı və texniki inteqrasiyalar üzrə biliklər;
- SQL, JSON, və s. texnologiyalara dair baza biliklər;
- ITSM (Service Management) və Agile/Scrum mühitində təcrübə.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı
- Rus dili – arzu olunandır.
Yumşaq bacarıqlar:
- Analitik düşüncə və texniki problemləri həll etmə bacarığı;
- Təşkilatçılıq və sənədləşdirmə vərdişləri;
- Komanda ilə işləmək və yüksək ünsiyyət bacarığı;
- Məsuliyyətlilik və detallara diqqət.
Namizədlər mövzu hissəsində "Avtomatlaşdırma üzrə mütəxəssis (Jira admin)" yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.
Data analitika üzrə mütəxəssis
Son tarix 21 iyn 2025 - [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Böyük həcmli məlumatların təhlili və strukturlaşdırılması
- SQL sorğularının yazılması və optimallaşdırılması
- Tableau və digər vizuallaşdırma alətlərində hesabatların və dashboard-ların hazırlanması
- Exceldən istifadə edərək məlumatların təhlili və hesabatların hazırlanması
- Sığorta sahəsində statistik və analitik modellərin qurulması
- Məlumatların keyfiyyətinin yoxlanılması və təkmilləşdirilməsi
- Biznes tələblərinə uyğun dataya əsaslanan qərarvermə proseslərinin dəstəklənməsi
- Komanda ilə əməkdaşlıq edərək layihələrdə iştirak etmək
Tələblər:
- Ali iqtisadi təhsili;
- Data analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi
- SQL (PostgreSQL üstünlükdür) üzrə yüksək səviyyəli biliklər
- Tableau alətində dashboard və hesabatların hazırlanması təcrübəsi
- Excel (Power Query, Pivot Table) üzrə biliklər
- Python ilə data analitika və statistik təhlil üzrə biliklər üstünlükdür
- Data modelləşdirmə və sığorta sahəsində təcrübə üstünlükdür
- Analitik düşüncə və problemləri həll etmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq).