Hikvision Co
SMM mütəxəssisi
Son tarix 19 okt 2025 - [email protected]
Hikvision MMC marketinq komandasına SMM mütəxəssisi axtarır.
İş öhdəlikləri:
- Paylaşımlara aid dizaynların (post, storilər və s.) hazırlanması və vizualların yaradılması.
- Canva və Adobe proqramlarında (Photoshop, Illustrator və s.) işləmə bacarığı
- Sosial media üçün aylıq post planının hazırlanması və qrafikə uyğun paylaşılması.
- Sosial şəbəkələrdə (Instagram, TikTok, Facebook, YouTube və s.) kreativ və maraqlı kontent ideyalarının hazırlanması.
- Mobil telefon və ya kamera vasitəsilə qısa videoların (Reels, TikTok, 1 dəqiqəlik video) çəkilməsi və montajı.
- Şirkətin brendinə uyğun kreativ videoların hazırlanması və təqdim olunması.
- Paylaşımlara aid vizualların hazırlanmasına və dizayn prosesinə nəzarət etmək.
- Sosial media reklamlarının yaradılması və optimallaşdırılması (Facebook, Instagram, TikTok).
- Trendləri izləmək və onları kontentdə tətbiq etmək.
- Aylıq hesabatların hazırlanması və nəticələrin analiz edilməsi.
Namizədə tələblər:
- SMM sahəsində ən azı 2-3 il iş təcrübəsi.
- Rus dili arzuolunandır.
- Kreativ yanaşma və yeni ideyalar təklif etmə bacarığı.
- Telefon və ya kamera ilə video çəkilişi, montajı və sosial şəbəkələr üçün uyğunlaşdırma bacarığı (mütləqdir).
- Sosial media platformalarının (Instagram, TikTok, Facebook, YouTube) iş prinsiplərini yaxşı bilmək.
- Google Ads reklamları üzrə baza biliklərinin olması üstünlükdür (amma şərt deyil).
- Komandada işləmək və müstəqil qərar vermək bacarığı.
İş şərtləri:
- Tam iş günü.
- İş qrafiki: 5 və ya 6 gün – fərdi şəkildə razılaşdırılır.
- Əmək haqqı: 1000–1500 AZN (namizədin bilik və bacarıqlarından asılı olaraq).
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Karyera və inkişaf imkanları.
CV-lərinizi və öz portfolionuzu (mütləqdir) mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.